Amma təəssüf ki, əksər vətəndaş cəbhədən müxtəlif video və fotolar paylaşır.Nəticədə xoşagəlməz hallarla qarşılaşırıq. Yayılması qadağan olunan videolar da ən çox məhz sözügedən platformada yayılır. Zaman-zaman bu lazımsız şəbəkənin ölkəmizdə ləğvinə dair təkliflər səslənib. Lakin indiki məqam tamamilə fərqlidir. Söhbət ön cəbhədəki döyüşçülərimizin həyatından gedir. Paylaşılan hər bir şəkil və video əsgərlərimizin həyatını ciddi şəkildə təhlükəyə atır.
“Azərbaycanda "Tik-Tok" bloklansın!” - Hərbçilərimizə təhlükə!
Fidan Həmişəyeva
13:29 26.10.2020
Aktual
902
Rey Kərimoğlu: “Bu şəbəkəni blokalamaqla ancaq Əsgərimizə və Ordumuza böyük faydası dəyə bilər!”
Səbuhi Abbasov:““TikTok”da yayılan videolar və digər materiallar düşmən tərəfindən götürülür və təxribatlara əl atırlar”
Son günlər ölkəmizdə “TikTok” sosial şəbəkəsinin müvəqqəti bloklanması gündəmdədir. Məlumdur ki, sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi uğrunda mübarizə aparır. Ölkəmizdəki hərbi vəziyyətlə əlaqədar internetə giriş imkanları məhdudlaşdırılıb. Məqsəd düşmənin dezinformasiyalar yayaraq cəmiyyətimizdə xaotik durum və ya panika yaratmaq cəhdlərinin qarşısını almaqdır. Ən əsas və vacib məqam isə təbii ki, əsgərlərimizin və hərbçilərimizin sağlamlığıdır.
Amma təəssüf ki, əksər vətəndaş cəbhədən müxtəlif video və fotolar paylaşır.Nəticədə xoşagəlməz hallarla qarşılaşırıq. Yayılması qadağan olunan videolar da ən çox məhz sözügedən platformada yayılır. Zaman-zaman bu lazımsız şəbəkənin ölkəmizdə ləğvinə dair təkliflər səslənib. Lakin indiki məqam tamamilə fərqlidir. Söhbət ön cəbhədəki döyüşçülərimizin həyatından gedir. Paylaşılan hər bir şəkil və video əsgərlərimizin həyatını ciddi şəkildə təhlükəyə atır.
Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlu da müharibənin sonuna qədər Azərbaycanda "Tik-Tok" bloklanmasını təklif edib:
“Oradakı istifadəçilərin məsuliyyəti Feysbuk və Tviterdə olduğundan qat-qat aşağıdır. Yayılması lazım olmayan videolar ən çox orada yayılır. Bu düşük şəbəkəni blokalamaqla heç kim heç nə itirməyəcək, ancaq Əsgərimizə və Ordumuza böyük faydası dəyə bilər!”
İndiki məqamda “TikTok”un blokalanmasının tərəfdarı olduğunu deyən internet-media eksperti Səbuhi Abbasov “Sherg.az”a bildirib ki, Azərbaycan hərbi əməliyyatlar zamanı qəti qərarlar qəbul etməyə başladı. Onun sözlərinə görə, bu qərarlar da xalqımız tərəfindən müsbət qarşılandı. Ekspert qeyd edib ki, söhbət haqq savaşının daha səmərli aparılması üçün vacib olan addımlardan gedir:
“Bu addımlardan biri də internetə qoyulan məhdudiyyətlərdir. Son 5 ildə dünyada bir neçə sosial şəbəkə yarandı. Bu platformalar bir növ ictimai gündəmin formalaşmasında xüsusi rol oynamağa başladı.
Feysbuk, İnstaqram, Tvitter və Teleqramdan başqa, digər sosial şəbəkələr sırf xaotik mexanizmə hesablanmış platformalar idi.
“TikTok” sosial şəbəkəsi xalqların, millətlərin öz milli kimliyini unutdurmağa hesablanmış bir şəbəkədir. Demokratik dövlət olaraq bütün texnoloji yenilikləri qəbul edirik və hansısa məhdudiyyət qoymuruq. Lakin söhbət apardığımız hərbi əməliyyatlardan gedir.
Bu gün biz torpaqlarımızı işğaldan azad edirik. Belə bir həssas məqamda əsas məsələ əsgərlərimizin təhlükəsizliyini təmin etməkdir. Aidiyyəti qurumlar dəfələrlə ictimaiyyətə müraciət ediblər və maarfilənmə aparıblar. Lakin düşmən çox təhlükəlidir və necə ki, fiziki terrora əl atır, həmçinin kibercinayətlər törədirlər”.
S.Abbasov vurğulayıb ki, Azərbaycanda qeyri-peşəkar və birbaşa olaraq ölkəmizin milli maraqlarına zidd olan platformalar birdəfəlik bağlanmalıdır:
“Ən azından hərbi əməliyyatlar başa çatana qədər bunu etmək lazımdır. Çünki “TikTok”da yayılan videolar və digər materiallar düşmən tərəfindən götürülür və təxribatlara əl atırlar.
Şəhidlərimizin şəkillərinə nalayiq sözlər yazıb paylaşırlar, həmçinin əsgərlərimizin yerləşdiyi ərazini müəyyən edə bilirlər. Bəzi vətəndaşlar sosial şəbəkələrin xeyir və zərərləri barədə kifayət qədər bilgiyə malik deyillər.
Hesab edirəm ki, indiki dönəmdə xalqımız Ali Baş Komandanın atdığı bütün addımları dəstəkləməlidir və dəstəkləyirlər. Qısa zamanda “TikTok” və onun kimi mənasız və boş tətbiqlərin Azərbaycanda fəaliyyəti dayandırılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MVA “Yaşıl Yol Xəritəsi” üzrə yeni layihəyə başlayır
17:07 04.05.2026
Ölkə
Prezident BMT ilə imzalanmış əlavə Sazişi təsdiqlədi
16:17 04.05.2026
Gündəm
“Piyada şəhərin ən üst pilləsində olmalıdır” - Ekspert
15:54 04.05.2026
Aktual
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi