Azərbaycanla Rusiya Xəzərin dayazlaşmasına qarşı birgə mübarizə aparacaq
Yusif Nəzərli
23:58 09.12.2024
Aktual
431
Xəzər dənizinin dayazlaşmasının qarşısının alınması üzrə Rusiya-Azərbaycan proqramının gələn ilin birinci rübündə qəbul edilməsi planlaşdırılır.
“Report”un verdiyi məlumata görə, bunu Bakıda səfərdə olan Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşündə deyib.
A.Kozlov qeyd edib ki, Xəzər dənizinin səviyyəsinə əsasən iqlim faktorları təsir edir: “Dənizə axan çayların axınındakı təbii dalğalanmalar və onun səthindən buxarlanmanın intensivliyi də təsir edən faktordur. Yəni, səviyyə iqlim dəyişikliyindən təsirlənir. Onu da dayandırmaq mümkün olmur. Yalnız davam edən dəyişikliklərə uyğunlaşa bilərsiniz. Məhz bu uyğunlaşma tədbirlərini biz 2025-ci ilin birinci rübündə qəbul edəcəyimiz Rusiya-Azərbaycan proqramımıza daxil edəcəyik”.
Həmçinin görüş zamanı tərəflər ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin bağlanmasını da müzakirə ediblər.
Buraya Xəzər dənizi ilə bağlı məsələlərlə yanaşı, bioloji müxtəlifliyin qorunması, qorunan ərazilərin inkişafı və bərk məişət tullantılarının idarə edilməsi kimi sahələrdə Rusiya və Azərbaycan arasında qarşılıqlı fəaliyyət də daxil olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya