
Bahalı təyyarə biletinə möhtacıq: Turistləri öz əlimizlə Gürcüstana peşkəş edirik
Yusif Nəzərli
23:33 09.07.2025
Aktual
349
Fuad İbrahimov: “Quru sərhədlər açılmasa, turizm də nəfəs ala bilməz”
Bu ilin birinci yarısında Gürcüstana 135 248 nəfər Azərbaycan vətəndaşı səfər edib. Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatından məlum olur. İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə səfərə yollananların sayı 35 776 nəfər və yaxud 36 faiz artıb. Yanvar-iyunda Azərbaycan Gürcüstana ən çox səfər etmiş əcnəbilərin sayı baxımından V yerdə qərarlaşıb.
Azərbaycanla yanaşı ilk beşliyə Rusiya (581 099 nəfər), Türkiyə (533 614 nəfər), Ermənistan (390 788 nəfər) və İsrail (171 294 nəfər) daxil olub. Hesabat dövründə Gürcüstan ümumilikdə 3,2 milyon beynəlxalq ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 4,4 faiz çoxdur. Turist səfərlərinin sayında isə tarixi maksimum - 2,3 milyon ziyarət qeydə alınıb.
Azərbaycana isə bu ilin yanvar-may aylarında 980 mindən çox xarici vətəndaş səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Bu barədə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, son dövrlərdə baş verən yeni geosiyasi çağırışlar turizm bazarında da öz təsirini göstərib. Lakin bəzi istiqamətlər üzrə ciddi artım müşahidə olunub. Belə ki, Körfəz, bəzi Asiya və Mərkəzi Asiya ölkələrindən gələn turistlərin sayı ötən illə müqayisədə 1,3 dəfə artıb. “Rusiyadan gələn turistlərin sayında 9 faiz azalma qeydə alınıb ki, bu da uçuşların sayının azalması ilə bağlıdır. Hindistandan gələn turistlərin sayında isə 26 faiz azalma müşahidə olunur, bu da müəyyən dəyişikliklərlə əlaqədardır,” – deyə K.Quluzadə qeyd edib. K.Quluzadə bildirib ki, Azərbaycan turizm bazarının coğrafiyasını genişləndirib və turizm sənayesi yeni çağırışlara hazırdır. Bu isə gələcəkdə turist sayında daha böyük artımlara səbəb olacaq.

Ölkəmizə gələn turistlərin sayında artım qeydə alınsa da, qonşu Gürcüstanla müqayisədə yenə də azdır. Gürcüstan turistlərin sayına görə bizi yenə də qabaqlayır. Ekspertlərsə bunun əsas səbəbini quru sərhədlərin hələ də bağlı olmasında görürlər.
İqtisadçı Fuad İbrahimov Sherg.az-a açıqlamasında qeyd etdi ki, xüsusi karantin rejiminin davam etməsi, quru sərhədlərinin bağlı qalması bölgə iqtisadiyyatına, o cümlədən də turizm sektoruna mənfi təsir edir:
- Turistlər, digər ölkələrə səfər etmək istəyənlər yalnız inhisarçı təyyarə reyslərinin ümidinə qalıb. Əlbəttə, hər vətəndaşın buna maddi imkanı çatmır. Xarici ölkə vətəndaşları da bahalı təyyarə reyslərini deyil, daha ucuz və sərfəli olan quru yolla səyahət etməyi üstün tuturlar. Ona görə də bizim turizm sektoru itirir, itkiyə məruz qalır. Niyə Gürcüstana gedən turistlərin sayı çoxdur? Çünki bu ölkənin quru sərhədləri açıqdır. Təyyarə biletlərinin qiyməti bizdəki kimi yüksək deyil. Gürcüstan hava yolları şirkətləri bir çox ölkələrin hava şirkətləri ilə müqavilə bağlayıb, ucuz aviareyslər həyata keçirirlər. Gürcüstan turizm potensialına görə bizim ölkədən nəyləsə xüsusi olaraq fərqlənmir. Ölkəmizin turizm potensialı Gürcüstandan dəfələrlə artıqdır, yüksəkdir. Amma elə bir şərait yaranıb ki, turistlər ölkəmizə yalnız hava məkanı ilə gələ bilirlər. Bu da insanların səyahət etməsini çətinləşdirir. Hotel qiymətləri də bizdə həqiqətən çox bahadır. Çünki hotellərin inşası baha başa gəlir, tikintiyə külli miqdarda investisiya cəlb olunur. Belə vəziyyətdə qiymətlərin ucuz olacağını gözləmək absurddur. Başqa səbəb, sağlam rəqabət mühitinin olmaması, seçim imkanlarının azlığıdır. İstirahət mərkəzləri, hotelçilik sektorunda müxtəliflik olsa, çeşid bol olsa, vətəndaş rahat seçim edə bilər, maddi durumuna uyğun hotel, istirahət guşəsi seçər. Gürcüstanla quru sərhədlər açılsa, turist axını da güclənər, qiymətlər də avtomatik aşağı düşər. Turist sayı nisbətən azdır deyə, hotel rəhbərləri qiymətləri yüksəltməklə daha az maddi ziyanla qarşılaşmaq istəyirlər. Amma bu da turistləri “qaçırır”. Bəli, ölkəmizin turizm coğrafiyası 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə, torpaqlarımızın işğaldan azad olunmasıyla daha da genişlənib. İşğaldan azad olunmuş Qarabağa, ətraf bəlgələrə xaricilərin marağı böyükdür. Gələnlər də var. Lakin quru sərhədlərin açılmasıyla bu say təsəvvür edin ki ikiyə, üçə qalxa bilər. Biz sadəcə, turistləri itiririk, onları, necə deyərlər, öz əlimizlə qonşu ölkəyə peşkəş edirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə
Özgür Özəlin YENİ Partiyasında rəhbər heyət formalaşdı
15:17 25.07.2026
Siyasət
Ukrayna Rusiyanın bir neçə vilayətinə PUA zərbələri endirib: 9 ölü
15:03 25.07.2026
Dünya
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb - FOTO
14:43 25.07.2026
Hadisə
Rusiyanın PUA hücumu nəticəsində Sumıda 3 nəfər öldü
14:29 25.07.2026
Dünya