
Bakı mövqeyini sərtləşdirir: Sülh sazişi şərtləri yerinə yetirilmədən imzalanmayacaq
Yusif Nəzərli
00:19 24.06.2025
Aktual
494
“Azərbaycan artıq Ermənistanın göstərişli, imitasiya xarakterli addımlarına inanmaq istəmir və real nəticələr gözləyir”
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov postmünaqişə dövründə regional bərpa, quruculuq və sülh səyləri, habelə normallaşma prosesini təhdid edən çağırışlardan ətraflı bəhs edib. Nazir Ermənistan konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddialarının, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk qrupu kimi qurumların hələ də ləğv olunmamasının sülh sazişinin imzalanmasının qarşısını aldığını diqqətə çatdırıb. XİN başçısı Ermənistanın Azərbaycan və Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması öhdəliyini yerinə yetirməməsi barədə də məlumat verib. C.Bayramov çıxışı zamanı indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların, Qərbi Azərbaycan İcmasının hüquqlarının bu ölkə tərəfindən kobud şəkildə pozulmasının, onların hüquqlarının inkar olunmasının dayanıqlı sülh və etimad quruculuğuna maneə olduğu xatırladıb. Bununla yanaşı, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə telefonla danışıb. Bildirilib ki, tərəflər Ermənistan-ATƏT əməkdaşlığı məsələlərini müzakirə ediblər. Mirzoyan Ermənistan və Azərbaycan arasında nizamlanma prosesində son müzakirələri, o cümlədən sülh müqaviləsinin imzalanmasına yönəlmiş səylər barədə danışıb.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov Sherg.az-a deyib ki, məsələyə İran-İsrail müharibəsi fonundan baxsaq, əslində, Ermənistanın çıxış yolu yoxdur. Ekspert vurğulayıb ki, İrəvan hökuməti anlayır ki, uzun müddət davam gətirə biləcək vəziyyətdə deyil:

"Münaqişədən sonra başlamış sülh danışıqlarının sonuncu mərhələsində prosesi ləngitmək, sülhü yubatmaq, öhdəliklərə əməl etməmək, əslində, ilk növbədə İrəvanın özünə sərf etmir. Amma Ermənistan da özbaşına deyil. Görünür, Ermənistana verilən təlimatlar odur ki, zamana oynamaq lazımdır. Ona görə də İrəvan hökumətinin başçısı bir yandan sülhdən danışsa da, digər tərəfdən həm sülhə zidd açıqlamalar səsləndirirlər, həm də real addımlar atmırlar. Azərbaycan oturub Ermənistanı gözləyə bilməz ki, İrəvanın ürəyi nə vaxt istəsə, o zaman sülh imzalanacaq. Bakının konkret şərtləri var və sülh sazişi həmin şərtlərin icrasından sonra imzalanmalıdır. Ermənistan hökumətinin sülh danışıqlarını ara-sıra intensivləşdirmək cəhdi, yaxud görüntüsü münasibətləri nizamlamaq təşəbbüsüdür. Tələbimiz odur ki, Ermənistan göstərməlik addımlar atmasın, sülhü imitasiya etməsin. Amma İrəvan rəsmilərinin ATƏT rəhbərliyi ilə mütəmadi təmasları xoşniyyətli deyil. Məqsəd sözügedən qurumu hansısa formada prosesə cəlb etməkdir. Həm də Minsk qrupunun buraxılmasını yubatmağa çalışırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual