"Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq" - Millət vəkili
Şəymən Bayramova
08:40 24.05.2020
Aktual
1190
Hikmət Babaoğlu: "Yeni texnologiyaların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək"
Yeni texnologiyaların istənilən sahəyə tətbiqi həmin sahənin inkişafı, istismarı və idarəsini optimallaşdırır.
Bunu Sherg.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili bildirib ki, əgər biz yaxın keçmişə qədər elektron hökumətdən danışır, onu idarəetmədə yenilik hesab edirdiksə, artıq smart hökumətdən danışırıq:
"Yəni bütün sahələrdə innovativ texnologiya, nanotexnologiyaların tətbiq edildiyi ağıllı hökumət layihələrindən söhbət gedir. Görünür postpandemiya erasının bir yeniliyi də, mövcud resursların daha səmərəli və qənaətlə istifadə edilməsi mərhələsinin başlanğıcı olacaq. Elə may ayının 22-də "Signify" şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və "Signify" rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda da bu məsələlər ətrafında geniş müzakirələr aparıldı. Aydın oldu ki, təkcə şəhər işıqlandırılmasında yeni texnologiyaların tətbiqi bu sahədə enerji istehlakını yarıbayarı azalda bilər. Bundan başqa, yeni texnologiyaların tətbiqi kənd təsərrüfatı sektorunda suvarma suyu israfının qarşısını almaqla su resurslarından istifadədə əhəmiyyətli dərəcədə qənaət yarada bilər. Ona görə də videokonfransda dövlət başçımız xüsusilə vurğuladı ki, bu texnologiyanın tətbiqi çoxlu enerji və yerin təkindən hasil edilən yanacağa qənaət etməyə imkan yaradacaq, bu isə əlavə ixrac imkanları formalaşdıracaq".
Deputat qeyd edib ki, təkcə Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək:
"Burada qənaət göstəricisi minimum 50 faiz təşkil edəcək. Bundan başqa, kənd təsərrüfatında, o cümlədən heyvandarlıq, quşçuluq və əkinçilik sahələrində məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, su istehlakının azaldılması və s. kimi sahələrdə də yeni texnologiyaların tətbiqi mühüm üstünlüklər vəd edir. Bütün bunlar həmin sahələri daha da perespektivli etməklə onların inkişafına gətirib çıxarır. Hələlik Bakı şəhərində "Ağıllı şəhər" layihəsi çərçivəsində paytaxtımızın nisbətən az işıqlandırılan ərazilərində işlər aparılır və sentyabra qədər bu işlər tamamlanacaq. Göründüyü kimi, bu işlər paytaxtımızın enerji təsrrüfatını və təminatını yaxşılaşdırmaqla, həm də onun idarə edilməsini optimallaşdıracaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət