Bakı şəhərində istismara yararsız magistral su kəmərləri yenilənəcək.
Sherg.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nında əksini tapıb.
Dövlət Proqramına əsasən, 2026-2035-ci illərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, n“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxs ilə birlikdə 110 km magistral kəmərin əsaslı təmiri işlərinin yekunlaşdırmalıdır.