
Bakıda piyada olmaq avtomobil sürməkdən daha təhlükəli görünür - EKSPERT
Yusif Nəzərli
04:18 08.05.2025
Aktual
417
Şəhərdəki piyada keçidlərinin vəziyyəti də qənaətbəxş deyil. Zolaqlar tez silinir, gecə vaxtı görünmə zəif olur
Rəsmi statistikaya əsasən, ötən il paytaxt yollarında 240 piyada vurma hadisəsi baş verib, nəticədə 111 nəfər həyatını itirib. Onlardan 6-sı azyaşlı olub. Cari ilin ilk 4 ayında isə bu qəzalarda 30 nəfər dünyasını dəyişib, 5 uşaq xəsarət alıb. Bu rəqəmlər piyada təhlükəsizliyinin hələ də ciddi sistem problemi olaraq qalmasından xəbər verir. Ekspertlər isə hesab edir ki, piyadaların iştirakı ilə baş verən yol qəzalarının əsas səbəbləri müxtəlif amillərlə əlaqəlidir. Piyada keçidlərində sürət həddinə əməl edilməməsi və yol nişanlarının nəzərə alınmamasını əsas səbəblər arasında göstərirlər. İnfrastrukturun zəifliyi, piyadalar üçün xüsusi zolaqların, keçidlərin, işıqforların və ya səkilərin olmaması xüsusi rol oynayır. Eyni zamanda sürücülərin diqqətsizliyi və sürət həddinin aşılması da qəzalara səbəb olur.
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri, nəqliyyat üzrə ekspert İlqar Hüseynliyə görə, Bakıda piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri artıq sosial təhlükəsizlik probleminə çevrilib. Onun fikrincə, bu hadisələrin yaranmasında bir neçə paralel amil rol oynayır – texniki infrastrukturun natamamlığı, sürücü məsuliyyətsizliyi və piyadaların yol hərəkəti qaydalarına laqeyd münasibəti:

“Əgər biz piyada vurma hallarını azaltmaq istəyiriksə, yanaşma kompleks olmalıdır. Təkcə cərimə və nəzarətlə nəticə əldə etmək mümkün deyil. Məsələn, yeraltı və yerüstü keçidlər olsa da, bəzi piyadalar 10-20 metr uzaqlıqda olan keçiddən istifadə etmək əvəzinə, birbaşa avtomobil yoluna çıxırlar. Bu, maariflənmə səviyyəsinin aşağı olduğunu göstərir. Şəhərdəki piyada keçidlərinin vəziyyəti də qənaətbəxş deyil. Zolaqlar tez silinir, gecə vaxtı görünmə zəif olur və bəzi ərazilərdə ümumiyyətlə keçidlər nəzərdə tutulmayıb. Bəzi hallarda piyada keçidləri ya düzgün işıqlandırılmır, ya da keyfiyyətsiz boyadan istifadə olunduğuna görə bir neçə ay ərzində silinib gedir. Bu, sürücülər üçün siqnalı zəiflədir, piyadalar üçün isə təhlükə yaradır”.
Həm hüquqi, həm də texniki islahatlara ehtiyac olduğunu vurğulayan İ.Hüseynli hesab edir ki, yol infrastrukturuna nəzarət gücləndirilməli, piyadalar üçün zolaqlar və keçidlər standartlara uyğun salınmalıdır:
“Piyada vurma hadisəsi təkcə sürücünün deyil, həm də sistemin və ictimai şüurun problemidir. Uşaqların və yaşlıların təhlükəsizliyi üçün məktəblər ətrafında xüsusi zonalar yaradılmalı, sürət həddi ciddi şəkildə nəzarətdə saxlanmalıdır”.
İlqar Hüseynli bu məsələdə vətəndaş cəmiyyətinin, media qurumlarının və dövlət orqanlarının birgə fəaliyyət göstərməsini vacib hesab edir. Onun fikrincə, piyada təhlükəsizliyi ümumi şəhər mədəniyyəti və yanaşması ilə formalaşır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb
19:58 07.04.2026
Dünya
İt dişlədi, həyatı dəyişdi: Məhkəmədə rekord təzminat aldı
19:22 07.04.2026
Hadisə
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
19:10 07.04.2026
Gündəm
Aaron Ramsey 35 yaşında futbolu buraxdı
18:59 07.04.2026
Futbol
Dostunun evindən pul oğurlayıb motosiklet alan şəxs saxlanılıb
18:37 07.04.2026
Hadisə
Netanyahu: İranın dəmir yolları və körpülərinə hücuma başlamışıq
18:30 07.04.2026
Dünya
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya
Tramp: Bu gecə bütün İran yox olacaq
16:45 07.04.2026
Gündəm
SON DƏQİQƏ: İstanbuldakı terrorçuların kimliyi müəyyənləşdi
16:35 07.04.2026
Gündəm
Azərbaycan qonşu ssenarilərə hazır olmalıdır - Osman Gündüz
16:24 07.04.2026
Aktual
ABŞ İranın Xarq adasındakı hərbi obyektlərə hücum edib - YENİLƏNİB
16:16 07.04.2026
Gündəm
ABŞ və İsrail İranın dəmir yolu şəbəkəsini məhv edir - YENİLƏNDİ
16:08 07.04.2026
Dünya