Bakıda polis övladının qidasını xəstə uşaq üçün gətirib
19:13 07.06.2020
Aktual
654
Bakıda polis övladının qidasını xəstə uşaq üçün gətirib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. İyunun 7-də vətəndaş Daxili İşlər Nazirliyinin 102 Qaynar xətt xidmətinə müraciət edərək evində azyaşlı xəstə uşağının qidasının qurtardığını və uşağın acından ağladığını bildirib. 102 xidməti dərhal məsələyə reaksiya verib və müraciət Nərimanov rayon Polis İdarəsinə yönləndirilib. Məlumat əsasında Nərimanov rayon Polis İdarəsinin əməkdaşları dərhal hadisə yerinə yollanaraq ünvanı müəyyən edib və həqiqətən də xəstə uşağın qidasının bitdiyinin şahidi olub.
Paytaxt ərazisində aptek və mağazalar açıq olmadığından polis əməkdaşları uşaq qidası tapa bilməyib. Çarəsiz qalan polis əməkdaşlarından biri xidməti ərazini icazə ilə tərk edərək evinə yollanıb. Polis əməkdaşı yaşadığı evdən öz övladının qidasını götürərək əraziyə qayıdıb və həmin qidanı azyaşlının ailəsinə təqdim edib. Gənc ailə polisin bu xeyirxah əməlinə görə həmin polisə və daxili işlər orqanları əməkdaşlarına minnətdarlığını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya