
Bakıdakı məhkəməni bütün ermənilər hiss edəcək - Siyasi şərhçi
Yusif Nəzərli
06:13 03.04.2025
Aktual
443
Vardanyanla bərabər, bu məhkəmə hər bir cinayətkar erməni üçün "şok terapiya" rolunu oynayır
"Kremlin "xeyir-dua"sıyla Ukraynada və Azərbaycanda terrora, separatçılığa "sponsor"luq etmiş dələduz və avantürist milyarder Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası aprelin 1-dən qaldığı yerdən davam etdirilib". Bu barədə araşdırmaçı-jurnalist, siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib.

Ekspert bildirib ki, adamın törətməkdə ittiham olunduğu cinayətlərinin sayı-hesabı yoxdur: "O, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə cinayətləri və digər ağır cinayətlərdə təqsirləndirilir. Ruben Vardanyan məhkəmənin ilk iclaslarında bütün günahlarını, cinayətlərini danmağa çalışırdı. Sonra taktikanı dəyişdi, hakimlərin suallarını cavablandırmaqdan imtina etdi, susmağa üstünlük verdi. Lakin bu taktikası da bir işə yaramadı. Bu dəfə aclıq aksiyasına əl atdı, dünyanın diqqətini bu yolla özünün "məzlum" personasına cəlb etməyə səy göstərdi. Ancaq bu hiyləsi də gözlədiyi nəticəni vermədi. Aclığı dayandırası oldu.
O, indi öz taleyi ilə barışmış kimi görünür. Çünki artıq törətdiyi cinayətlərin ağırlığının və əfvolunmazlığının fərqinə varmağa başlayıb. Bəli, bu cinayətlərin əfvi yoxdur. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, cinayətkar birlik yaratma, terrorçuluğu maliyyələşdirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə və s. kimi ağır cinayətlərdə ittiham olunan bir şəxsin əfvə, mərhəmətə, anlayışa, empatiyaya ümid bəsləməsi axmaqlıqdır. Azərbaycanın bu cür qatı cinayətkarlara, separatçılara qarşı mərhəmət və humanistlik limiti artıq çoxdan bitib. Məhkəməsi davam edən erməni separatçıları qanunun bütün şiddəti ilə cəzalandırılacaqlar".
Analitikə görə, Vardanyanla bərabər, bu məhkəmə hər bir cinayətkar erməni üçün "şok terapiya" rolunu oynayır:
"Məhz bu məhkəmənin sayəsində indi hər bir erməni anlamağa başlayıb ki, Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin bədəlini mütləq yaşayacaqlar. İrqçiliyə, milli-etnik zəmində ədavətə, faşizmə meylli bir xalq nə hüquqi, nədəki ilahi cəzadan yaxa qurtara bilməz. Bu mənada, Vardanyan və onun separatçı soydaşlarının məhkəməsi tarixi missiyaya malikdir. Bu məhkəmənin mənəvi yükünü bütün ermənilər öz üzərlərində hiss etməlidirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: Rusiya və Çin İrana dəstək verir
22:13 05.03.2026
Dünya
Ərdoğan: İranın raket insidenti ilə bağlı lazımi xəbərdarlıq etdik
22:00 05.03.2026
Gündəm
Paşinyan TŞ-nin iclasını keçirdi
21:52 05.03.2026
Cənubi Qafqaz
Tramp: Zelenski Ukrayna üzrə sülh sazişinə maneə yaradır
21:41 05.03.2026
Dünya
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
21:25 05.03.2026
Rəsmi
Xameneinin oğlu lider seçilir - Trampdan inanılmaz reaksiya
20:50 05.03.2026
Dünya
Albaniyanın Baş naziri Naxçıvana hücumu pisləyib
20:42 05.03.2026
Siyasət
Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pisləyib
20:26 05.03.2026
Siyasət
Edqars Rinkeviçs İlham Əliyevə zəng edib
20:10 05.03.2026
Rəsmi
Sosial şəbəkə naminə həyatlarını riskə atırlar - EKSPERT
20:02 05.03.2026
Cəmiyyət
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib
19:58 05.03.2026
Rəsmi
Tokayev İranın Azərbaycana dron hücumlarını pisləyib
19:51 05.03.2026
Siyasət
Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH
19:38 05.03.2026
Gündəm
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə