Bayramovun Gürcüstan səfəri: “Zurabişvili, indi "Keşikçidağ”ın yeri deyil" - Sirr pərdəsi çəkilir !
Fidan Həmişəyeva
09:59 25.09.2020
Aktual
1219
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dünən Gürcüstana səfər edərək bu ölkənin prezidentindən tutmuş gürcü həmkarına qədər müxtəlif görüşlər keçirib. Xarici işlər nazirləri görüşdən sonra ortaq mətbuat konfransında olublar.
Mətbuat konfransında iki ölkə arasında əlaqələrin strateji əhəmiyyəti bir daha vurğulanıb. Ceyhun Bayramov “Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşı və investorlarından biridir” ifadəsini səsləndirməklə Tbilisinin bölgədə əsas tərəfdaşının ünvanını göstərib.
Səfər barədə təəsüratlarını “Sherg.az”la bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, siyasi analitik Elxan Şahinoğlu bildirib ki, gürcü nazir görüşdə yenə “Keşikçidağ” mövzusuna diqqəti yönəldib. Nazirlər qapalı görüşdə bu mövzuda fikir mübadiləsi aparıblar.
Politoloq qeyd edib ki, ötən il insidentin yaşanmasına baxmayaraq, vəziyyətin müsbətə doğru dəyişildiyi vurğulanıb:
“Bildirilib ki, dövlət sərhədinin delimitasiyası ilə məşğul olan komissiyanın üzvləri yenilənib. Gürcü nazir bildirib ki, 2006-2007-ci illərdə razılıq əldə edilən bəzi qərarlar dəyişə bilər. Söhbətin hansı qərarlardan getdiyi açıqlanmayıb.
Hiss olunur ki, Tbilisi bu məsələnin qısa müddətdə həllini istəyir. Gürcü nazirin “dövlət sərhədlərinin delimitasiya prosesi pandemiya ilə əlaqədar bir qədər uzandı. Əminəm ki, pandemiya başa çatdıqdan sonra bu situasiyadan çıxacağıq və hər iki ölkə üçün məqbul qərarlar qəbul ediləcək” sözləri də bundan xəbər verir”.
E.Şahinoğlunun fikrincə, Ceyhun Bayramovla görüşən Gürcüstan prezidenti Salome Zurabişvili üçün də “Keşikçidağ” mövzusu vacib olub:
““Sərhədlərin delimitasiyası prosesinin vaxtında başa çatdırılması qarşılıqlı strateji maraq kəsb edir” deyən Salome Zurabişvili əmin olduğunu bildirib ki, “bu prosesə heç kim və heç nə mane ola bilməz”. Sanki Salome Zurabişvili üçün Azərbaycanla münasibətlərdə başqa mövzu yoxdur. Halbuki, strateji tərəfdaş olaraq Gürcüstan prezidentindən Dağlıq Qarabağ məsələsində Azərbaycana birmənalı dəstək ifadəsini eşitmək istəyərdik. Necə ki, həmin dəstəyi Türkiyə, Pakistan və Ukraynanın rəhbərləri ifadə edirlər.
Əslində Gürcüstanla dövlət sərhədinin delimitasiya məsələlərinin üçdə ikisi başa çatdırılıb. Sadəcə, Tiflis yerdə qalanını da qısa müddətdə həll etmək istəyir.
Rəsmi Tbilisi Rusiyanın Gürcüstan üzərindən Ermənistana hərbi yük daşımasına icazə verməyib. Rəsmi Bakı bunu yüksək qiymətləndirib. Ancaq rəsmi Tbilisinin bölgədə indiki ağır vəziyyətdə hələ də “Keşikçidağ” məsələsini gündəmdə saxlaması suallar yaradır. Azərbaycan işğal altındakı torpaqları azad etməyə çalışarkən, rəsmi Tbilsinin bizdən sərhəddə ərazi güzəşti gözləməsi yersizdir. Əlbəttə, iki ölkə arasında sərhəddin delimitasiyasıyla bağlı danışıqlar davam etdirilməlidir. Ancaq Azərbaycan üçün hazırki şərtlər daxilində əsas hədəf torpaqlarını azad etməkdir. Bunu həll etmədən Gürcüstana ərazi güzəşti mümkün deyil”.
Analitik vurğulayıb ki, Gürcüstan Azərbaycana dəstəyini “Keşikçıdağla” əlaqələndirməməlidir:
“Yəni bir növü demək istəyirlər ki, “Siz Keşikçidağı bizə versəz, Gürcüstan Qarabağ məsələsində Azərbaycana daha böyük dəstək verər”. Bizə şərti dəstək lazım deyil. Ona qalsa, Bakı bu illərdə Tbilisiyə o qədər yaxşılıq edib ki. Ceyhun Bayramovun da Tbilisidə qeyd etdiyi kimi bölgədə Gürcüstanın əsas tərəfdaşı və investoru Azərbaycandır. Gürcüstan hakimiyyətində gərək bunu unutmasınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat