
Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər
Yusif Nəzərli
04:05 13.06.2025
Aktual
457
Avropa Şurasının Baş katibi Alen Berse Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sülh sazişinin imzalanmasından danışıb. O, Ermənistanın bu istiqamətdə olduqca vacib addımlar atdığını deyib. Avropa Şurasının dialoq platforması təklif etmək niyyətini açıqlayıb. Eyni zamanda vurğulayıb ki, bu məsələni sürətləndirmək üçün Azərbaycana dostcasına təzyiq göstərməyə də hazırdırlar: "Bu mövzu bizi çoxdan maraqlandırır. Mən Baş nazir Paşinyanla hələ çox əvvəl, Ermənistanın sazişin şərtlərini qəbul etdiyi vaxtdan danışmışam. Həmçinin fürsətim olub Azərbaycan hakimiyyəti ilə də bu barədə danışım. Onlara bildirmişəm ki, biz bu məsələ ilə bağlı irəliləmək istəyirik". Bersenin sözlərinə görə, məqsədləri bu məsələnin əhəmiyyətini xatırlatmaq, müzakirələri davam etdirmək və nəhayət, bir son nöqtəyə çatmaqdır, əgər belə demək mümkündürsə, Azərbaycana dostcasına təzyiq göstərməklə". O qeyd edib ki, proses yavaş getsə də, irəliləyiş var.
Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu Sherg.az-a bildirib ki, Ermənistan hər zaman sülhdən danışır. Amma sülhün əldə olunmaması üçün də hər şeyi edir. Professorun sözlərinə görə, Azərbaycan dəfələrlə vurğulayıb ki, Ermənistan özünü "sülhsevər" obrazda dünyaya təqdim etməyə çalışır:

"Bu, Ermənistanın yeni cəhdləri deyil. Keçmiş münaqişə vəziyyətində də Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan daim "sülhdən" danışırdı. Bunu da yaxşı xatırlayırıq. Ermənistan sadəcə, beynəlxalq ictimai rəyi çaşdırmağa çalışırdı. Amma beynəlxalq ictimai rəy də çaşmağa meyilli idi. Ona görə də burada təəccüblü hal yoxdur. Avropa Şurasının baş katibi Alen Berse də növbəti dəfə Azərbaycana münasibətdə qərəzli mövqe sərgiləyir. Ermənistana da isti münasibətini gizlətmir. Avropa Şurası ümumiyyətlə ənənəvi olaraq proseslərə qərəzli yanaşıb. Bu gün də yeni reallıqlar formalaşıb, amma Avropa Şurası qərəzli yanaşmasında israrlıdır. AŞ Ermənistanın sülh üçün vacib addımlar atdığı qənaətindədir. Bu, çox yanlış düşüncədir. Berse unutmasın ki, Ermənistan Azərbaycan torpaqlarını 30 il ərzinə işğalda saxlayıb, ərazilərimizə iddia edib. Münaqişə vəziyyətini Azərbaycan öz gücü hesabına aradan qaldırıb. Sülh gündəliyini də irəli aparan Azərbaycandır".
E.Mirbəşiroğlu qeyd edib ki, Bakı hər zaman sülhdə maraqlı olub və bu istiqamətdə praktiki addımlar atıb, siyasi iradə nümayiş etdirib:
"Ermənistan hər zaman imitasiya ilə məşğul olub. Münaqişənin dinc vasitələrlə tənzimlənməsi imkanlarını sıfıra endirən də Ermənistandır. Azərbaycana qarşı davamlı hərbi təxribatlar həyata keçirib. Berse bu məqamları xüsusi vurğulamalı idi. Necə ola bilər ki, Azərbaycana qarşı təcavüzkar siyasət yeridən Ermənistan indi sülh üçün təsirli addım atır?! Bu paradoksaldır. Ermənistan vaxtında işğalçılıq siyasəti həyata keçirməsəydi, münaqişə yaranmazdı və bu gün sülh üçün cəhdlər edilməzdi. O baxımdan AŞ baş katibinin məsələyə yanaşması cəfəngdir. "Azərbaycana dostcasına təzyiqlər edilməlidir" fikri həqiqətən ikrah hissi doğurur, acı gülüş yaradır. Avropa Şurası Azərbaycana heç cür təzyiq edə bilməz. Göründüyü kimi AŞ yenə qərəzli mövqe sərgiləyir, işğalçı tərəfi dəstəkləyir. Bu da Ermənistanın riyakar, manipulyativ davranışlarına dəstəkdir. Bunun başqa adı yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual