Beynəlxalq Müsəlman Alimlər Birliyi: İslama qarşı nifrət hissinin aşılanmasında media xüsusi rol oynayır
Yusif Nəzərli
06:49 27.05.2025
Aktual
389
"Müsəlmanların diskriminasiyaya məruz qalmasına səbəb olan hadisələr çox zaman da özünü islama aid edən şəxslər tərəfindən törədilir. Biz bu nifrət və islamdan qorxu hisslərinin biz dövlətlər səviyyəsində qanuniləşdirildiyini müşahidə edirik”.
APA xəbər verir ki, bunu Beynəlxalq Müsəlman Alimlər Birliyinin vitse-prezidenti Abdelmacid Nacar "Avropada anti-müsəlman qanunvericiliyinin institutlaşdırılması. Radikallaşma fonunda islamofob ritorika" mövzusunda panel müzakirəsində deyib.
O, Fransa nümunəsinə istinad edərək, bu ölkədə qəbul olunan qanunla dini rəmzlərdən istifadə qadağan edilməsinə toxunub:
"Lakin bütün bu hadisələrə baxmayaraq, islam dinini qəbul edənlərin sayı artır. İslama qarşı nifrət və qorxu hisslərinin aşılanmasında media xüsusi rol oynamaqdadır. Bunu edənlər daxilindəki mənfi niyyətlərini həyata keçirirlər. Hələ üstəlik, buna qanuni don geyindirilir. Adətən bunu kamillik və əmin-amanlığın, habelə qanunun aliliyinin qorunması adları altında təqdim edirlər. Məsələn, Fransada qəbul olunan qanunlardan birində dini rəmzlərdən istifadə qadağan edilib. Bu qanunlar əslində İslam dinini və müsəlmanları hədəfə alır. Məsələn, bir sıra ölkələrdə əcnəbilərin işlə təminatı və hətta evdə distant təhsil alması da qadağan edilir. Bununla yanaşı, islamçı fəallar deportasiyaya məruz qalır. Bütün bunlar qarşısında bizim üzərimizə böyük yük düşür. Düşünürəm ki, bu cür mənfi təzahürlərə qarşı ciddi müzakirə aparmalıyıq. Bu gün islamofob təhlükə bu gün çox yüksəkdir. Xüsusilə bunu Qəzzada baş verənlər fonunda görə bilərik".
O vurğulayıb ki, bu kimi addımların məqsədi islamofobiyanı daha da alovlandırmaqdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media