"Biz Türkiyə məsələsində emosiyalardan uzaq yanaşma sərgiləməliyik"- Azər Həsrət
Yusif Nəzərli
16:41 26.03.2025
Aktual
677
"Şəxsən mənim də Türkiyənin daxili siyasətində müəyyən bir seçimim var. Lakin heç vaxt bunu açıq şəkildə dilə gətirmirəm"
Son dövrlərdə Türkiyədə baş verən siyasi və sosial proseslər, Azərbaycanın daxili və xarici siyasətində mühüm yer tutan məsələlərdən birinə çevrilib. Qardaş Türkiyə ilə Azərbaycan arasında mövcud olan dərin tarixi, mədəni və siyasi əlaqələr, bu ölkələr arasındakı münasibətlərin daim diqqət mərkəzində olmasına səbəb olur. Lakin, eyni zamanda, Türkiyənin daxili siyasətinə dair müzakirələr, xüsusilə İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Ekrem İmamoğlunun həbs qərarı kimi hadisələr, diqqət tələb edən bir məsələdir.
Mətbuat Şurasının Sədri Rəşad Məcid də Türkiyədə baş verənlərlə bağlı bildirib ki, simpatiyamızdan asılı olmayaraq əsəblərin tarıma çəkildiyi belə günlərdə rəylərimizi, ifadələrimizi ciddi ölçüb-biçərək mövcud gərginliyi, ictimai həssaslığı nəzərə alaraq bölüşməliyik. O, Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirəcək leksikondan maksimum dərəcədə çəkinməyə çağırıb.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət də fikirlərini Sherg.az-la bölüşüb:
"Qardaş Türkiyədə baş verən bütün proseslər, əlbəttə ki, Azərbaycan üçün həssaslıq nöqtəsidir. Çünki Türkiyəni biz öz dövlətimiz qədər sevirik, onu özümüzünkü bilirik. Orada baş verənlərə biganə qala bilmərik. Biz tək millət, iki dövlətik. Yəni, bizim millətimizin daha bir dövləti var–qardaş Türkiyə. Bu səbəbdən də orada gedən proseslərdən kənarda deyilik.
Lakin istənilən halda Türkiyə xarici dövlətdir. Özünün Konstitusiyası, qanunları və daxili siyasi həyatı var. Azərbaycan və ya başqa ölkə vətəndaşlarının bu daxili proseslərə birbaşa qarışmaq haqqı yoxdur. Əlbəttə ki, müəyyən müzakirələr, təhlillər ola bilər. Ancaq biz elə etməliyik ki, bu təhlillər Azərbaycan-Türkiyə münasibətlərinə hər hansı şəkildə zərər verməsin.
Dəyərli Rəşad bəyin də vurğuladığı kimi, biz Türkiyə məsələsində emosiyalardan uzaq yanaşma sərgiləməliyik. Orada siyasi qarşıdurma içində olan qruplar və qüvvələr bir-birləri ilə mübarizə aparırlar. Belə bir şəraitdə bizim tərəf tutmağımız doğru olmaz.
Şəxsən mənim də Türkiyənin daxili siyasətində müəyyən bir seçimim var. Lakin heç vaxt bunu açıq şəkildə dilə gətirmirəm. Çünki mən xarici vətəndaşam və Türkiyə xalqının daxili siyasi seçiminə qarışmağa ixtiyarım yoxdur.
Bizim üçün əsas olan odur ki, Türkiyədə sabitlik olsun, Türkiyə xalqının seçdiyi siyasətçilər iş başında olsun və qardaş Türkiyə Azərbaycanla, Türk Dövlətləri Təşkilatı ilə münasibətlərdə bizim arzu etdiyimiz istiqamətdən yayınmasın.
Orada hansı siyasi qüvvələr bir-biri ilə nə üstündə çəkişir, kimi dəstəkləyək- bu məsələlər mənim üçün prioritet deyil. Mən həmişə bu məsələlərdə tərəfsizliyimi qorumuşam və qorumağa da davam edəcəyəm".
Ekspert sonda Rəşad bəyin də çağırışının məhz bu yöndə olduğunu bildirib. Qeyd edib ki, insanlarımız qardaş Türkiyənin daxili siyasi prosesləri ilə bağlı müzakirələrdə diqqətli olsunlar və bunun nə qədər həssas bir məsələ olduğunu nəzərə alsınlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə
Putindən sərt xəbərdarlıq: Etməyə məcburuq
13:30 12.08.2026
Dünya
Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib
13:29 12.08.2026
İnfrastruktur
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
13:27 12.08.2026
Ölkə
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
13:18 12.08.2026
Gündəm
“Toyota”nın keçmiş prezidenti Hiroşi Okuda vəfat edib
12:55 12.08.2026
Dünya
ABŞ Atlantikdə ələ keçirdiyi Venesuela tankerini satıb
11:57 12.08.2026
Dünya