"Bu günkü yoluxma dinamikası bizim hәr zaman qorxduğumuz ikinci dalğadır" - Həkim -İnfeksionist
Şəymən Bayramova
15:36 30.05.2020
Aktual
1358
Azərbaycan ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, sosial məsafəni gözləmək şərtilə tibbi maskalardan istifadə məcburi olacaq.
Bununla bağlı məsələ pandemiya dövründə müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının profilaktikasına dair
qaydalarda öz əksini tapıb.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən sənəd müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə çalışan əməkdaşların və vətəndaşların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.
Qeyd edək ki, cərimələrin tətbiqinə səbəb insanların sosial izolyasiya tətbirlərinə, xüsusən də maskadan istifadə qaydalarına riayət etməməsidir. Maskaların alt çənənin altına salınaraq taxılmasına, pencəyin cibində salxlanılmasına, və yaxud da maskanı əldə tutaraq havada yelləyərək sosial göstəriş kimi gəzdirmək hallarına demək olar ki, hər gün rast gəlinir. Bir sözlə pandemiyanın yenidən artdığı dövrdə karantin mədəniyyəti demək olar ki yox dərəcəsindədir.
Sosial izolyasiya tələblərinin kobud şəkildə pozulması cərimələrin tətbiqinə rəvac verdi. Maraqlıdır, cərimələrin tətbiq olunması pandemiyanın yayılmasının qarşısının alınmasında hansı təsirlər göstərə bilər? Bu addım kifayət qədər effektli ola bilərmi?
Həkim - infeksionist Natiq Əliyevin Sherg.az-a açıqlamasına görə, karantin rejiminin tәtbiq olunmağının mәqsәdi zaman әldә edib, virusla mübarizә aparıb, eyni zamanda tәhcizatlı vә bu yeni virusla işlәyәcәk hәkim komandaların qurulması idi ki, artıq modul tipli xәstәxanaların istifadəyə verilməsi bu mәqsәdə xidmәt edir:
"Karantin rejimi mәrhәlәli şәkildә yumşaldılarkən kütlәvi informasiya vasitәsilərinin köməyi ilə insanlar sosial izolyasiya qaydaları ilə bağlı məlumatlandırıldı, fәrdi qoruyucu vasitәlәrindәn istifadә qaydaları aşılandı. Pandemiya təhlükəsi tam şəkildə keçənə qədər insanlardan eyni dәrәcәdә vә daha da artıq hәssasiyәtlә bu qaydalara әmәl edilmәsi istәnildi. Hətta əhalinin sağlamlığı və təhlükəsizliyi naminə tövsiyyələr artıq tәlәb çevrildi".
Maskadan istifadə etməyən insanların cәrimәlәnmәsinin tərəfdarı olduğunu vurğulayan infeksionist deyib ki, ortada rәsmi qadağa olmasa bizim insanlar heç nəyi ciddiyә almır:
"Düşünürәm ki bu qәrardan sonra insanlarımız maska taxmağın ciddiyətini anlayarlar. Sözün açığı tək cәrimәləməklə iş bitmir. Bir - bir hər kəsə nəzarət etmək, maskadan istifadə edib-edib etmədiyini müəyyən eymək mümkün deyil. İnsanlar özləri şüurlu şәkildә təhlükənin nə dərəcədə real olduğunu anlamalı və evdən çıxarkən maskadan istifadəyə özlәri tәşәbbüs göstәrmәlidir.
Demək olar ki bütün müәssәlәrdə iş yerlәri açılıb. Hər kәs özünün və yaxınlarının sağlamlığını düşünәrәk qarşısındakı bütün insanlara potensial virus daşıyıcısı kimi yanaşmalı və bu günə qədər tövsiyyә olunan gigiyenik qaydalara,fәrdi qorunma vasitәlәrdәn istifadәyə әmәl etməlidir".
Son zamanlar koronavirusa yoluxma hallarında kəskin artımın müşahidə edilməsinə toxunan N. Əliyev deyib ki, yoluxmanın bu səviyyəyə qalxmasına təsir edən bir çox faktorlar var. Ən önәmli səbəb isə bir karantinin yumuşalmasından sonra insanlarda yaranan yersiz rahatlıq hissidir. İnsanlar sanki pandemiya bitib düşüncәsindədir. Bu da təbii olaraq yoluxma sayına öz təsirini göstәrdi. Biz hazırda insanlar arasında olan rahatlama düşüncәsinin әziyyәtin çәkirik. Bir həkim olaraq fürsətdən istifadə edib insanlara çağırış edirəm ki, bizә kömәk edәrәk deyilәnlәrә әmәl etsinlər. Özlərinin və yaxınlarının sağlamlığı naminə sosial izolyasiya və gigiyena qaydalarına əməl etsinlər. Bu günkü yoluxma dinamikası bizim hәr zaman qorxduğumuz ikinci dalğadır. İnsanlar deyilәnlәri ciddiyә almasalar, hәr şey daha da ağır olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət