Çavuşoğlu Bakıya gəlir: Qovluğunda nələr var? - ŞƏRH
Fidan Həmişəyeva
14:36 16.02.2021
Aktual
662
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlir. Səfər fevralın 18-19 tarixlərində həyata keçiriləcək. Çavuşoğlunun bir sıra rəsmi şəxslərlə görüşləri olacaq.
Politoloq Zaur Məmmədov səfər çərçivəsində müzakirə ediləcək məsələləri “Sherg.az”a sadalayıb.
Onun sözlərinə görə, son zamanlar Azərbaycan və Türkiyə rəsmilərinin qarşılıqlı səfərləri aktivləşib:
“Bunun da əsas səbəbi tərəflər arasında Cənubi Qafqazın gələcəyi ilə bağlı dərin əməkdaşlığın təzahür etməsidir. Çavuşoğlu son 6 ayda ölkəmizə ən çox səfər edən nazirdir. Çox güman ki, səfər əsnasında həm Türkiyə şirkətlərinin Azərbaycana gəlişi, həm də Türkiyə-Azərbaycan arasında yeni nəqliyyat layihələri və infrastrukturunun reallaşması ilə bağlı müzakirələr olacaq”.
Z.Məmmədov vurğulayıb ki, səfər zamanı əsas müzakirə predmetləri - Qarabağın gələcəyi, ermənilərin kompakt yaşadığı bölgələr və Rusiyanın Azərbaycandakı fəaliyyəti və başqa məsələlər olacaq:
“Hər halda Tovuz təxribatından sonra qardaş ölkə ilə ciddi şəkildə yaxınlaşmanın şahidi olduq. Yaxın zamanlarda Türkiyə-Azərbaycan və Türkiyə-Rusiya arasında bağlı qapılar arxasında müzakirə edilən bəzi məsələlərlə bağlı qərarların ictimaiyyətə açıqlanmasının şahidi olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat