"Cənab Prezident, Sizin sayənizdə ölkəmiz tez bir zamanda əvvəlki gözəl günlərinə qayıdacaq" - Əfqanıstan müharibəsi veteranı


Azərbaycanın bütün bölgələrindən, paytaxtdan vətəndaşlar Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlanmaqda davam edirlər.

Onlar koronavirusla mübarizədə dövlətimizin başçısının atdığı qətiyyətli addımları, xalqa göstərdiyi diqqət və qayğını alqışladıqlarını bildirirlər.

Sherg.az Prezidentin saytına istinadla həmin məktublardan bəzilərini təqdim edir.
Bakı şəhərindən Əfqanıstan müharibəsi veteranı  Arif Əsgərov minnətdarlığını belə bildirib:

Hörmətli cənab Prezident.
Ölkəmizin bu çətin günlərində - koronavirus pandemiyası ilə mübarizədə Sizin göstərdiyiniz diqqət və qayğınızla xalqımıza dayaq olmağınız bizi qürurlandırır.
Bizə - müharibə veteranlarına göstərdiyiniz diqqətə görə Əfqanıstan müharibəsi veteranları adından Sizə dərin təşəkkürümü bildirirəm.
Ümid edirəm ki, Sizin sayənizdə ölkəmiz tez bir zamanda əvvəlki gözəl günlərinə qayıdacaqdır.