Conson koronavirus peyvəndi ilə bağlı qorxulu bəyanat verib


 Dünyanı kabus kimi bürüyən koronavirusunun (covid-19) mərkəzlərindən biri olan İngiltərənin Baş naziri Boris Consondan şok açıqlama gəldi. Conson, "Heç vaxt peyvənd tapa bilmərik" deyərək gündəmə bomba kimi xəbər sızdırdı. 



Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Boris Conson bildirmişdir ki, yeni növ koronavirusun (covid-19) peyvəndi və ya müalicəsi tapılması bir ildən çox vaxt çəkə bilər və ən pis halda peyvənd heç vaxt tapıla bilməz.

Baş nazir, Kovid-19 tədbirlərinin necə qaldırılacağını göstərən 50 səhifəlik yol xəritəsi yayımlayıb.

Sənəddə anti-epidemik peyvənd və müalicənin vacibliyini qeyd edən Conson, Oksford Universiteti ilə dərman nəhəngi AstraZeneca arasındakı razılaşmaya toxunub.
"Kütləvi bir peyvənd və ya müalicə tapmaq bir ildən çox vaxt çəkə bilər. Ən pis vəziyyətdə heç vaxt peyvəndi tapa bilməyəcəyik" deyib. 


Conson, bu vəziyyəti nəzərə alaraq epidemiya ilə mübarizə və normal həyata qayıtmaq planlarının hazırlanmasını vurğulayıb.
Dünən xalqa müraciətində Conson Kovid-19 ilə mübarizə tədbirləri çərçivəsində dəyişikliklə əlaqədar yeni qərarları açıqlayıb.
Baş nazir əvvəlcə bildirib ki, tikinti və ya fabrik işçiləri kimi evdən işləyə bilməyən insanlar artıq işə qayıda bilərlər.

İctimai nəqliyyatdan istifadə edərkən diqqətli olmağı vurğulayan Conson, çərşənbə günündən etibarən ictimaiyyətin məhdudiyyətsiz küçəyə  çıxa biləcəyini açıqlayıb.
İkinci mərhələ olaraq, Baş nazir bəzi mağazaların ən erkən iyunun 1-də açıla biləcəyini və şagirdlərin ibtidai məktəbdən başlayaraq məktəblərə gedə biləcəyini, üçüncü mərhələdə isə iyul ayından etibarən təhlükəsiz olduqları və sosial məsafə qaydalarına əməl etmələri şərti ilə bəzi otellərin və ictimai yerlərin açılacağına ümid etdiklərini bildirib.

İngiltərədəki qapalı qapılar arxasında oynanılsa da, peşəkar idman yarışlarına iyunun 1-dək icazə verilməyəcəyi bildirilir.

Turan