Deputat: Bizdə insanlar itlərdən qorxub küçəyə çıxa bilmirlər

"Elə ölkələr var ki, təhlükəsizlik baxımından bəzi küçələrə axşam saatlarında polislər belə daxil olmaqdan çəkinir. Bizdə hər şey yüksək səviyyədə təmin olunub, bunu qiymətləndirmək lazımdır. Lakin bizdə də insanlar itlərdən qorxub küçəyə çıxa bilmirlər".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O qeyd edib ki, Nazirlər Kabinetinin yaşayış məntəqələrində it-pişik və digər heyvanların saxlanması ilə bağlı təsdiq etdiyi qaydalar var: "Amma qanun yoxdur. Hesab edirəm ki, qanunun qəbuluna ehtiyacı var”.