Deputat: "Prezident ölkədə korrupsiyanın, rüşvətxorluğun kökünü birdəfəlik kəsməkdə qərarlıdır"
Turan
05:54 03.05.2020
Aktual
727
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin Respublikanın Baş Prokuroru təyin edilməsi, hər şeydən öncə, Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizəni ən ümdə istiqamətlərdən biri kimi müəyyənləşdirməsindən xəbər verir.
Bunu Sherg.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Azərbaycanda xeyli vaxtdır məhkəmə-hüquq sistemində aparılan islahatlar Prezidentin son təyinatı ilə yeni bir mərhələyə qədəm qoymuş oldu:
"Bu mərhələ korrupsiyaya və rüşvətxorluğa qarşı daha sərt mübarizə mərhələsi olacaq. Məsələ ondadır ki, hüquqi islahatlar çərçivəsində cəza siyasətinin humanistləşdirilməsinin həyata keçirildiyi bir vaxtda bəzi məmurların və digər qərər qəbuletmə səlahiyyəti olan subyektlərin hüquqi islahatların məqsədini düzgün başa düşməməsi, yaxud düzgün başa düşmək istəməməsi ayrı-ayrı hallarda onların öz vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına gətirib çıxarıb.
Hətta bu istiqamətdə Prezident İlham Əliyevin ciddi xəbərdarlıqlarına, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi operativ əməliyyat tədbirlərinə baxmayaraq, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qanunazidd əməllərə yol verilməsi bir daha onu göstərdi ki, korrupsiyaya qarşı mübarizə məsələsində daha sərt cəza tədbirlərinin görülməsi zərurəti var. Ona görə də son təyinat da daxil olmaqla görülən tədbirlər onu sübut edir ki, Prezident ölkədə korrupsiyanın, rüşvətxorluğun kökünü birdəfəlik kəsməkdə qərarlıdır".
H.Babaoğlu vurğulayıb ki, yeni Baş prokurorun təyinatı proseduru həm də Azərbaycanda ali icraedici və ali qanunverici hakimiyyət orqanları arasında yeni keyfiyyətdə koordinasiya mexanizminin qurulmasını göstərmiş oldu:
"Prezident Administrasiyasında yeni yaradılan siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təyinat prosedurunu koordinasiya etməsi siyasi sistemimizdə demokratik idarəçiliyin yeni keyfiyyət forması kimi təzahür etdi. Beləliklə, hazırkı mərhələ hüquqi sistemimizin yenilənməsi istiqamətində həyata keçirilən islahatların bundan sonra da dərinləşəcəyinə və daha genişmiqyaslı olacağına şübhə yeri qoymur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya