Dövlətə xəyanət cox ağır ittihamdır- Ramiz Mehdiyev nələr törədib?
10:13 15.10.2025
Aktual
600
"Xarakterim elədir ki, yıxılana balta vurmuram. Amma vaxtı ilə Ramiz Mehdiyevə öz sözümü demişəm. Parlamentdə 2000-2005-ci illərdə deputat olarkən onu tənqid etmişəm".
Bunu "Sherg.az"a açıqlamasında keçmiş millət vəkili, Naftalan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı, YAP-çı Musa Musayev deyib.
O, vurğulayıb ki, məhz tənqidinə görə, uzun müddət işsiz qalıb:
"Bu, məni 12 il işsiz qoymağın və xəyanətin nəticəsidir. Haqq nazilər, lakin üzülməz. Ramiz Mehdiyev Prezident Administrasiyasına uzun müddət rəhbərlik edib. İstər PA-da, istər icra strukturlarında, istərsə də Yeni Azərbaycan Partiyasında və digər qurumlarda onun kadrları, tərəfdarları qalmaqdadır. Həmin şəxslər Ramiz Mehdiyevin "xeyir-duası" ilə vəzifələrə təyinat alıblar. Əlbəttə, bu, o demək deyil ki, onların hamısı cinayətkardır. Amma "dövlətə xəyanət" çox ağır məsələdir. Əgər Ramiz Mehdiyev öz dövlətinə xəyanət edibsə, ətrafındakı məmurlar da eyni yolu tutubsa, hamısı cəzasını almalıdır. Azərbaycan dövləti həssas dönəmdədir. 30 illik işğala son qoyulub, suverenliyimiz bərpa olunub. Cənab Prezidentimiz nüfuzlu lider kimi bütün qlobal tədbirlərə dəvət edilir. Bununla hər bir vətəndaş fəxr edir, qürur duyur. Kimlərsə Azərbaycanın hörmətinə, nüfuzuna zərbə vurursa, xəyanət edirsə, mütləq layiqli cəzalarını almalıdırlar".
Musa Musayev başına gətirilən oyunları belə xatırlayıb:
"Yeni Azərbaycan Partiyası 2005-ci ildə Binəqədi 8 saylı dairədən namizədliyimi vermişdi. Maneçilik törətdilər, deputat seçilə bilmədim. Sizin "Şərq" qəzetində seçkinin səhərisi günü geniş müsahibəm çıxdı. O vaxt güc strukturları, hakim partiya, Prezident Aparatı da əleyhimə çıxırdı. Çünki tapşırıq birbaşa Ramiz Mehdiyevdən gəlmişdi. Rayonun icra başçısı Alı Qocayev də bunu mənə demişdi.
2006-cı ildə cənab Prezidentin sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olundum. Lakin qərəzli münasibət davam edirdi. Bələdiyyə seçkisinə müdaxilə iddiasını ortaya atdılar və nəticədə vəzifədən uzaqlaşdırıldım. Naftalana icra başçısı göndəriləndə Ramiz Mehdiyevin kabinetində xeyli söhbətimiz oldu. Dedim ki, 2005-ci il parlament seçkilərində seçilməyimə maneçilik törətmisiniz. Bildirdim ki, Alı Qocayev də mənə deyirdi ki, Ramiz Mehdiyev sənin deputat olmağını istəmir. Çox pərt oldu, tutuldu. Təbii ki, təkzib etdi, elə olmadığını söylədi, özünü müdafiə etdi".
Sabiq deputat Kabinetində R.Mehdiyevə sözünü açıq formada dediyini və bunun ağrısını-acısını yaşadığını bildirib:
"Allah cənab Prezidentimizi, dövlətimizi qorusun. Ramiz Mehdiyevin bütün əngəllərinə baxmayaraq, 12 il işsiz qaldığım dövrdə cənab Prezidentin təşəbbüsü ilə üç dəfə YAP-ın qurultayında partiyanın Siyasi Şurasının üzvü kimi qaldım. YAP-ın 1-ci qurultayından 7-ci qurultayınadək Siyasi Şuranın üzvü olmuşam. 2021-ci il martın 5-də keçirilən qurultayda da işsiz olmağıma rəğmən, hakim Partiyanın rəhbərliyində qala bildim. YAP-ın rəhbər orqanında yeganə işsiz adam mən olmuşam. 2021-ci ilin avqust ayında cənab Prezidentimizin tapşırığı ilə MSK-da çalışmağa başladım. Bugünədək MSK-nın Nərimanov rayonu 20 saylı dairə seçki komissiyasının sədriyəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya