“Döyüş zamanı dəyişikliklər labüddür! – “Effektivliyə təsir göstərir!”
Fidan Həmişəyeva
13:43 26.10.2020
Aktual
632
“Prezident düzəlişlərin vacibliyini qeyd edərək, hansısa istiqaməti gücləndirib ordumuzun orada irəliləməsini daha məqsədəuyğun hesab edir”
Oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib. Müşavirədə Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirləri iştirak ediblər. Ölkə başçısı müşavirə zamanı ordumuzun apardığı hərbi əməliyyatlar barədə maraqlı məqamlara toxunub. Prezident bildirib ki, döyüşlər bizim üçün böyük təcrübədir:
“Mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər. Ona görə növbəti günlərdə hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək. Bəzi hallarda yubanmalar var.
Bəzi hallarda yubanmalara heç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik, təhlil edəcəyik. Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir.
Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir”.
Sözügedən çıxışı şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a bildirib ki, cənab Prezident bütün proseslərə şəxsən özü nəzarət edir. Onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı orduda hər zaman düzəlişlər edilir:
“Ali Baş Komandan da sentyabrın 27-dən bu günə kimi müəyyən düzəlişlər edib. Müşavirənin keçirilməsi Azərbaycan Ordusunun 1 aylıq döyüş faəliyyətinin yekunu idi.
Prezident bəzi istiqamətlərdə düzəlişlərə ehtiyac olduğunu deyib. Ali Baş Komandan bunu söyləməklə hərbi əməliyyatlar zamanı bəzi dəyişikliklərin döyüşün effektivliyinə təsir etməsini vurğulamaq istəyib.
Məsələn, döyüş gedir və sonra nəticəni təhlil edirlər. Təhlil zamanı isə müəyyən məsələlər ortaya çıxır. Ola bilsin hər şey döyüş planında yazıldığı kimi getməsin. Döyüş zamanı hansısa düzəlişləri vaxtında etməklə, hədəfə nail olmaq mümkündür”.
Ş.Ramaldanov söyləyib ki, döyüş gedən ərəfədə müəyyən dəyişikliklərin edilməsi normal prosesdir:
“Döyüş planlaşdırılır, əsas məqamlar qeyd olunur və müəyyən hesablamalar aparılır. Bu, daha çox mövcud şəraitlə əlaqədar olur. Lakin döyüş gedən zaman planda nəzərdə tutulmayan manevrlər də ola bilər.
Məsələn, əvvəlki planlaşdırmaya görə döyüş ləng gedə bilər. Bu da vaxt itkisidir. Belə olduqda düzəlişlər labüddur. Prezident hesab edir ki, müəyyən proseslərə düzəliş etmək və əsas tapşırığa nail olmaq üçün fəaliyyət göstərmək lazımdır. Ordumuz cənub istiqamətində irəliləyib, artıq İranla sərhəddi bərpa etmişik.
Cənab Prezident düzəlişlərin vacibliyini qeyd edərək, hansısa istiqaməti gücləndirib ordumuzun orada irəliləməsini daha məqsədəuyğun hesab edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MVA “Yaşıl Yol Xəritəsi” üzrə yeni layihəyə başlayır
17:07 04.05.2026
Ölkə
Prezident BMT ilə imzalanmış əlavə Sazişi təsdiqlədi
16:17 04.05.2026
Gündəm
“Piyada şəhərin ən üst pilləsində olmalıdır” - Ekspert
15:54 04.05.2026
Aktual
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi