Dünyanın gözlədiyi XƏBƏR: Koronavirus peyvəndi vurulan ilk qadın danışdı - FOTOLAR


  Rusiyada koronaya yoluxanların sayı həftədə təxminən dörd dəfə artıb. ABŞ-da bir gündə 1535 ölü sayı qeydə alınıb və epidemiyanın episentri Nyu-Yorkda ölüm hadisələri 10 000 ötüb.

Çində, bir daha koronavirus səbəbindən ölüm hadisəsi baş verməyib. Dünyada Kovid-19-dan ölənlərin sayı 120 mini keçib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, dünyada koronavirus peyvəndini sınayan ilk şəxs, ABŞ-lı Jennifer Haller yaşadıqlarını danışıb.



İngiltərənin "The Telegraph" qəzetinə danışan, 44 yaşlı iki uşaq anası Haller, Facebook-da könüllülər axtarıldığını gördüyünü söyləyib.

Həyat yoldaşı və qohumlarının könüllü olmaqdan çəkindiklərini vurğulayan Haller, "Bəli, risklər çoxdur, amma mən çox nikbin insanam və riskləri görməməzdən gəlmək üçün əlimdən gələni etdim" deyib.



Haller, peyvənddən sonra yaşadıqlarını dilə gətirərək bildirib ki, qızdırması ilk günlərdəkindən bir az yüksəlib və ikinci gün isə qolundakı ağrıdan başqa heç bir şikayəti olmayıb.

Turan