Düşmən vəhşiliyinin son həddi ! - “Heyvanları belə məhv edib çöllərə atırlar”
07:45 17.11.2020
Aktual
792
“Bunlar insana zidd olan davranışlardı. Deməli, onlar insan deyil, vəhşidir”
“Biz gərək onlara aman verməyəydik. Bunlar aman veriləsi məxluq deyil”
Dünya yüzillərdir ki, erməni vandalizminin və barbarlığının şahidi olur. Bu vəhşiliklərə ən çox şahidlik edən ölkə isə Azərbaycandır. Həmin vəhşiliklər, vandallıqlar və qeyri-insani davranışlar məhz ermənilər tərəfindən Azərbaycanın başına gətirilib və bu proses davam edir.
Əsrlər boyu özgə torpağına göz dikən ermənilər bizə məxsus olan mədəniyyətə, təbiətə, mətbəxə, milli dəyərlərə belə “tamah saldılar”.
İrəvanın onlara verilməsindən sonra ağzında şirə yeri qalan Ermənistan illər sonra Qarabağı da işğal etdi. Hələ o zamankı erməni vəhşiliyinə dünya sussa da həmin vandallıqları, caniliyi çox yaxşı görmüşdü.
Azərbaycanın sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində düşmən çox sayda itkilər verərək geri çəkildi və 28 il sonra bizim olan- Qarabağ bizə qayıtdı. Amma bizim Qarabağda qoyub gəldiyimizdən əsər-əlamət belə qalmamışdı. Mədəniyyət abidələri, məscidlər dağıdılmış, şəhərlərin təbii gözəlliyi itirilmişdi. Hələ təkcə Ağdamın işğaldan sonrakı halı hər şeyi açıq-aşkar ortaya qoyur. Ermənilər canlı-cansız hər şeyi amansızlıqla məhv etmişdi.
İndisə Kəlbəcərdən çıxmaq üçün verilən vaxtdan istifadə edən ermənilər şəhərə son zərbələrini vururlar. Onlara Kəlbəcərdən çıxmaq üçün verilən 5 gün yetmədi. Rusiyanın vasitəsilə əlavə 10 gün də istədilər. Təbii ki, Azərbaycan öz humanistliyini bir daha göstərərək buna razılıq verdi. Onlar isə yenə də öz mənfur əməllərindən geri qalmayıb evləri şiferlərinə qədər söküb yandırdılar, elektrik dirəklərini aşırıb apardılar. Kəlbəcər meşələrinin ağaclarını belə kəsib daşımaqda davam edirlər.
İndi də onlar özləri ilə apara bilmədikləri heyvanları, mal-qaranı amansızlıqla məhv edirlər. Deməli, onlar özlərinə sərf etmədikdə onlara məxsus olanı belə qeydi-adi vəhşiliklə məhv etməyə qadirdirlər. Biz bunu ermənilərin öz əsgərlərini səngərə necə zəncirlə bağlamasından da bilirik. Heyvanları öldürüb onları məhv etmək isə insanlığın ən alçaq davranışlarındandır.
Mövzu ilə əlaqədar "Sherg.az"a danışan millət vəkili Elman Məmmədov ermənilərin Qarabağda törətdiyi son vandallıqlardan bəhs edib:
"Ermənilər heç vaxt heç kimə aman verməyib. Onlar ən vəhşi üsullarla hamıya qarşı ən mənfur əməllərini ediblər. Öldürüb-soyqırımlar törədiblər, hansı pisliyi bacarıblarsa, bizə qarşı onu da ediblər.
Amma biz müsəlmanıq, biz Məhəmməd hümmətiyik və biz azərbaycanlıyıq. Baxmayaraq ki, elə müsəlman olduğumuza görə bizə qarşı pis, haqsız münasibətlər var, biz yenə də öz humanistliyimizi, tərbiyəmizi, əxlaqımızı bütün dünyaya göstəririk. Ancaq erməni tərbiyəsi, erməni əxlaqı tarixən məlumdur.
Təəssüflər olsun ki, son 30 ildə ermənilərin vəhşi, amansız, cinayətkar olduğunu və insanlığa qarşı düşmən mövqeyində durduğunu bütün dünyaya car çəksək də onları buna inandıra bilmədik.
İndi ermənilərin Kəlbəcərdən köç etməsini Rusiya sülhməramlıları ilə yanaşı dünyanın bir çox ölkələrinin mətbuatı da izləyir, müşahidələr aparır. Qoy onlar kömək etdikləri, həmişə müdafiə etdiyi, "mədəni millət" kimi tanıdıqları erməninin əslində kim olduğunu öz gözləri ilə görsünlər".
E.Məmmədov onlara əlavə vaxt verilməməsinin zəruriliyini də vurğulayıb:
"Onlar Rusiya vasitəsi ilə müraciət edib əlavə 10 gün vaxt istədilər. Biz də həmin vaxtı verdik. Amma görün bunlar nə edir?! Nə qədər murdar olasan ki, evi yandırasan? Vəhşiliyin son həddinə baxın ki, lazım gələndə ona ehtiyac duyduğu, südü, əti ilə qidalandığı heyvanları məhv edib çöllərə atırlar. Bunlar insana zidd olan davranışlardı. Deməli, onlar insan deyil, vəhşidir.
Biz gərək onlara aman verməyəydik. Bunlar aman veriləsi məxluq deyil.
Mənə elə gəlir ki, dünyada heç bir millət ermənilər qədər acgöz, vəhşi, xəyanətkar, amansız və s. deyil. Onlara aman vermək, etibar etmək, güvənmək qeyri-mümkündür. Ermənilərə güzəşt etmək düzgün deyil. Çünki bizim verdiyimiz vaxtdan istifadə edib nə hiylələr düşündüklərini hələ bilmirik. Onlar yenidən toparlanıb, güclənib yenə bizim başımıza müsibətlər gətirə bilərlər”
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə