Ədalət Verdiyev: Ermənilərin insanlıqdan danışmaq haqqı yoxdur
Yusif Nəzərli
13:03 26.04.2025
Aktual
433
Hər ilin 24 aprel tarixində xüsusi canfəşanlıqla tirajlanan "qondarma erməni soyqırımı" teatral şoudan başqa bir şey deyil
"Rəsmi Bakı Ermənistan və Fransada Azərbaycanla Türkiyə bayraqlarının yandırılmasını pisləyir". Bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, bölgədə narazılıq mənbəyi olaraq Ermənistanda revanşist meyillərin hələ də mövcud olması ciddi narahatlıq doğurur:
“Revanşist meyillər dedikdə bu günlərdə Azərbaycan və Türkiyə bayraqlarının yandırılması faktlarına nəzər salmaq istərdim. Eyni hadisə əfsuslar olsun ki, dünən Fransada baş verib. Bizim gözləntimiz ondan ibarətdir ki, bu ölkələrin müvafiq strukturları digər ölkənin atributlarının yandırılmasının cinayət əməli kimi qiymətləndirilməsi üçün ciddi addımlar atsın”. Məlumat üçün bildirək ki, Ermənistanın paytaxtı İrəvanda qondarma erməni “soyqırımı” ilə bağlı təşkil olunan yürüşdə növbəti dəfə təxribata əl atılıb. Yürüş iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar. Bundan sonra onlar əllərində məşəllərlə yürüşə başlayıblar. Qeyd edək ki, analoji tədbirlər 2000-ci ildən bəri hər il Ermənistanda keçirilir. Bundan öncəki illərdə də iştirakçılar Azərbaycan və Türkiyə bayraqlarını yandırmışdı.
Hərbi ekspert Ədalət Verdiyev deyib ki, Ermənistan tərəfindən hər ilin 24 aprel tarixində xüsusi canfəşanlıqla tirajlanan "qondarma erməni soyqırımı" teatral şoudan başqa bir şey deyil. Ekspertin fikrincə, Ermənilərin bəşər tarixinə demək olar ki, insanlıq və sülh adına müsbət bir töhfə vermədiyini, əsasən adı terror, separatizm, ekstremizm və satqınçılıq ilə bərabər çəkildiyini nəzərə alsaq, o zaman Osmanlının kütləvi köçürmə ilə əlaqəli davranışları anlaşılandır:
"Əgər belə bir "soyqırımı" baş veribsə, o zaman Ermənistan guya öldürülən 1.5 milyon erməninin ad, soyad, ata adı, doğum yeri və təvəllüdü göstərilməklə siyahını təqdim etsin. "Öldürülənlərin" dəfn edildiyi qəbiristanlıqların yerini və adını açıqlasın. "Soyqırımı" qurbanlarının varislərinin ad, soyad və ata adlarını təqdim etsin. Erməni əhalinin ümumi sayının "soyqırımı qurbanlarının" sayından az olmasına aydınlıq gətirsin. Türkiyə kimi arxivlərini tarixçilər açıq elan etsin, beynəlxalq araşdırmalar üçün şərait yaratsın. Həmçinin, Azərbaycan ərazisində ermənilərin Baqanis Ayrım, Xocalı, Quşçular, Malıbəyli, Edili, Başlıbel, Qaradağlı, Gəncə, Tərtər, Bərdə və s. kimi yaşayış məntəqələrində törətdiyi soyqırımlara görə üzr istəsin. Ermənistandan fərqli olaraq Azərbaycan adıçəkilən ərazilərdə ermənilər tərəfindən qətlə yetirilən mülki əhaliyə aid bütün məlumatları təqdim edə bilir".
Xəbər lenti
Hamısına bax
Netanyahu: ABŞ və Livan İsrailin bu hüququnu tanıyıb
23:50 27.06.2026
Dünya
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
23:46 27.06.2026
İdman
Kral saraydan gedir
23:32 27.06.2026
Dünya
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
22:49 27.06.2026
Dünya
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə