"Əminəm ki, az bir vaxtda düşmənə qalib gələcəyik" - Vətəndaşların Prezidentə təşəkkürləri sonsuzdur
15:33 25.10.2020
Aktual
921
Rəşadətli Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın ard-arda işğaldan azad edilməsi vətəndaşlarımızda böyük sevinc hissi yaradıb. Onlar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda bu sevinc hisslərini ifadə edirlər.
Sherg.az Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Gəncə sakini Səhrəddin Nuriyev: “Hörmətli cənab Prezident, hər gün Sizin üçün dua edirik, Allahdan Sizi qorumasını diləyirik. Bugünkü qələbələr Sizin illərdən bəri yürütdüyünüz uğurlu daxili və xarici siyasətiniz nəticəsində qazanılır. Siyasətinizi ürəkdən alqışlayıram. Şəhid ailələri qarşısında baş əyirəm, şəhidlərimizə rəhmət diləyirəm. Allah ordumuza güc, əsgərlərimizə cansağlığı, qollarına qüvvət versin. Əminəm ki, az bir vaxtda düşmənə qalib gələcəyik. Mənim 74 yaşım var. Sizin uğurlu fəaliyyətinizdən, ordumuzdan ruhlanaraq bu yaşımda belə cəbhəyə getməyə, hər bir əmrinizi icra etməyə hazıram”.
Kəlbəcər sakini Ceyhun Babayev: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, mən Kəlbəcər rayonu 20 nömrəli məktəbinin 6-cı sinif şagirdiyəm. Bu gün xalqımız çox şərəfli bir tarix yaşayır. Vətənin igid oğulları haqq yolunda savaşırlar. Qəhrəman əsgərlərimiz cəbhədə düşmənə layiqli cavab verirlər. Hər gün aldığımız qələbə xəbərləri, bir azərbaycanlı olaraq məni də çox sevindirir. Bilirəm ki, qazanılan hər uğurda Sizin böyük zəhmətiniz var. Buna görə Sizə təşəkkürüm sonsuzdur. Mən Sizinlə və şanlı Ordumuzla fəxr edirəm. İnanıram ki, Sizin apardığınız mübarizə böyük zəfərlə başa çatacaq və mən ailəmlə ata yurdum Kəlbəcərə dönəcəyəm. Bu haqq yolunda Uca Tanrı Sizə və şanlı Ordumuza yardımçı olsun! Qarabağ Azərbaycandır! Daim Bayrağımız zirvələrdə, dövlətimiz güclü, Ordumuz müzəffər, Vətənimiz azad, bütöv olsun! Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın qalib Ordumuz!”.
Paytaxt sakini Seymur Həsənov: “Hörmətli cənab Prezident, erməni terrorçularına qarşı apardığınız mübarizədə Sizə uğurlar arzulayıram. Hazırda məhkumluq həyatı yaşasam da, düşünürəm ki, döyüşlərdə düşmənə qarşı vuruşmaq mənim də vətəndaşlıq borcumdur. Buna görə də Sizdən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmək üçün əmrinizə müntəzir olduğumu bildirmək istəyirəm. Əgər sağ qalsam, cəzamın qalan hissəsini böyük Qələbədən sonra çəkməyə hazıram. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Sumqayıt sakini Mirazad Bayramov: “Hörmətli cənab Prezident, mən Bayramov Mirazad, 3-cü sinifdə oxuyuram. Adını daşıdığım əmim - Bayramov Azad Muxtar oğlu 1993-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Torpaqlarımızın mənfur düşmənlərdən azad olunması ailəmizi çox sevindirdi. Əmimin qanı yerdə qalmadı. Buna görə ailəmiz adından Sizə təşəkkür edirəm. Müzəffər Ali Baş Komandan, arzu edirik ki, Siz başda olmaqla ordumuz düşmənlərimizi öz yerlərinə kimi qovub torpaqlarımızı tamamilə azad etsinlər. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
13:16 07.09.2026
Gündəm
Məsud Pezeşkian: Məni öldürsələr...
13:11 07.09.2026
Dünya
Sabah Bakıda yağış yağacaq
12:46 07.09.2026
Ekologiya
İran nümayəndə heyəti ABŞ-yə səfər etmək istəyir
12:42 07.09.2026
Dünya
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
12:29 07.09.2026
Gündəm
İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
12:23 07.09.2026
Dünya
Bloomberg: Avropada heyvan yemi qıtlığı yaranıb
11:50 07.09.2026
Dünya
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
11:32 07.09.2026
Mədəniyyət
Avropanı əsrlər əvvəl heyrətləndirən “Türk oturuşu”
11:11 07.09.2026
Maraqlı
İranda “İqtisadi müharibə qərargahı” yaradılıb
10:57 07.09.2026
Dünya