"Əminəm ki, Qazaxın 7 kəndi də azad olunacaq"
Fidan Həmişəyeva
08:49 27.11.2020
Aktual
2174
Tural İrfan:"Sadəcə, gedən proseslər və siyasi meydanda dəyişən ab-hava ola bilsin ki, bu məsələni qısa müddətə ləngitsin"
Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan başçıları arasında imzalanan üçtərəfli razılaşmaya görə, erməni faşistlərinin işğal etdiyi bütün bölgələr Azərbaycana qaytarılır. Açıqlamada Kəlbəcər, Laçın, Ağdam bölgələrinin qaytarılması vaxt cədvəli ilə göstərilsə də, digər işğal yerlərinin konkret adları çəkilməyib. Üçtərəfli razılaşmanın 2-ci bəndinə əsasən, Qazax rayonunun işğal edilmiş 7 kəndi də Azərbaycana geri veriləcək. Bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxın işğalda olan 7 kəndinin Ağdamla bir gündə qaytarılacağını söylədi. Yəqin ki, Türkiyə liderinin boşuna söz demədiyi heç kimə sirr deyil. Amma noyabrın 20-də Ağdamın işğalçılardan qurtulması sevinci, deyəsən, Qazaxın kəndlərini unutdurdu.
Üçtərəfli açıqlamanın Ermənistanın kapitulyasiyası olması göz önündədir. Bu isə o deməkdir ki, Ermənistan da qeyd-şərtsiz Qazaxın kəndlərini təslim etməlidir. Şuşada, Ağdamda Azərbaycan Bayrağı, himni, azan səsi havalandığı kimi, Qazaxın o 7 kəndində də səsimiz, bayrağımız ucaldılmalıdır.
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan “Şərq”ə bildirib ki, bu kəndlərin deyilən vaxtda azad edilməməsinin səbəbləri müəmmalıdır və cəmiyyətə açıq deyil:
“Rəsmi açıqlama olmadan bizlərin, politoloqların, siyasi şərhçilərin fikirləri isə ancaq yozum və ehtimallardan o tərəfə keçə bilməz. Ona görə müəmmalı deyirəm ki, məsələn, Kəlbəcərin deyilən tarixdə boşaldılmamasının səbəbi rəsmi elan edildi və düşmənə əlavə 10 gün də zaman tanındı. Fəqət bu, Qazaxın kəndləri haqda deyilmir. Sadəcə görünən odur ki, kəndlər elan edilən tarixdə azad edilməyib. Ermənistan Rusiya vasitəsi ilə hər bir fürsəti əldən verməməyə çalışır, mümkün qədər həll prosesini yubatmağa cəhd edir. Bunun da müxtəlif səbəbləri var. Həmin səbəblərdən biri Fransanın məlum qondarma rejimin "müstəqilliyini" tanıma cəhdləridir. Ermənistan eyni zamanda Amerikada keçirilən prezident seçkilərindən umulan gümanlar hesabına "bəlkə durumu öz xeyirlərinə dəyişmək fürsəti yarana bilər" ümidi ilə torpaqların azad edilməsi prosesini hətta bir neçə gün də olsa uzatmağa, yubatmağa çalışır. Bir məqam da var: Elə əvvəlki danışıqlarda da əsas mövzu böyük torpaqlar, Qarabağ və ətraf rayonlar olduğu üçün, Qazaxın işğalda olan kəndləri və Sədərək rayonunun Kərki kəndi kölgədə qalıb, ikinci plana keçib. Amma unudulmamalıdır ki, Qazaxın o 7 kəndi bir rayonun ərazisi qədər strateji, münbit və faydalı ərazilərdir”.
T.İrfan qeyd edib ki, ölkənin Qərb qapısının bu 7 kəndi Laçın rayonu qədər, Kəlbəcər rayonu qədər əhəmiyyətli və gərəklidir:
“Bu yeddi kənddən: Bağanıs Ayrım, Sofulu, Qızıl Hacılı, Aşağı Əskipara, Xeyrimli dərhal azad edilməli idi. Anklav olan Barxudarlı və Yuxarı Əskipara da dəhliz yolu ilə həllini tapmalı idi. Əsas torpaqlarla əlaqəsi tam kəsilməmək üçün yol və dəhlizin danışıqlar yolu ilə həll edilməsi o qədər də çətin məsələ deyil.
Çünki hər iki kənd Qazax rayonunun əsas ərazisi ilə heç də böyük və uzun olmayan məsafə ilə birləşir. Cənab Ərdoğan öz çıxışında bu kəndlərin azadlığını qeyd etdisə, demək, anklav kəndlərin yol və ya dəhliz problemi də həllini tapmışdı.
1990-1992-ci illərdə işğal edilən bu torpaqlar, xüsusən 1990-cı ildə işğal edilərək əhalisinə qarşı soyqırım hesab ediləcək tərzdə qırğın və talan törədilmiş Bağanıs Ayrım kəndi Qarabağ və ətraf rayonlardan da əvvəl işğal edilib. Ən nəhayət, bu kəndlərin deyilən tarixdə azad edilməməsinin əsl səbəbini dövlət rəsmiləri açıqlamalıdır.
Hansısa problem ortaya çıxıbsa, bu haqda da çıxış yolları tapılmalıdır. Lakin ümid edirəm ki, Laçın azad ediləndən sonra yaxın zamanda bu kəndlərin də taleyi müsbət yöndə öz həllini tapacaq.
Əminəm ki, Qarabağ və ətraf rayonlar kimi böyük ərazilərin azad edilməsinə nail olmaq gücündə olan ölkə rəhbərliyimiz bu 7 kəndin də tam azadlığına nail olacaq. Sadəcə, gedən proseslər və siyasi meydanda dəyişən ab-hava ola bilsin ki, bu məsələni qısa müddətə ləngitsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda oğurluq edən şəxslər saxlanılıb
17:05 19.03.2026
Gündəm
Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır
16:40 19.03.2026
Sosial
Heqset: İrana bu gün ən böyük zərbəni endirəcəyik
16:38 19.03.2026
Gündəm
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
16:26 19.03.2026
Gündəm
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
14:59 19.03.2026
Dünya
Sumqayıtda 34 kq narkotik aşkarlanıb
14:52 19.03.2026
Hadisə
Azərbaycan hərbi polisinin nümayəndə heyəti Bolqarıstana səfər edib
14:25 19.03.2026
Hərbi
Mingəçevirdə bədbəxt hadisə: 80 yaşlı kişi poçtda vəfat etdi
14:24 19.03.2026
Hadisə
ABŞ Ordusu Hörmüz boğazını ələ keçirməyə hazırlaşır
14:16 19.03.2026
Gündəm
“Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir bəlli olub
13:54 19.03.2026
Futbol
Kallas: Aİ Hörmüz boğazına qüvvə göndərmək istəmir
13:48 19.03.2026
Gündəm
Rasim Balayevin səhhətindəki son durum açıqlandı
13:41 19.03.2026
Mədəniyyət
Rusiya və Ukrayna arasındakı sülh danışıqları dayandırıldı
13:37 19.03.2026
Gündəm
Rusiyada dollar və avro bahalaşıb
13:29 19.03.2026
Dünya