
Əraziləimizin binoklla müşahidəsi beynəlxalq hüquqa ziddir -EKSPERT
Yusif Nəzərli
23:07 06.05.2025
Aktual
647
Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının üzvləri Zəngilan rayonu ilə həmsərhəd əraziyə gəliblər. Onlar avtomobillərlə yolboyu hərəkət edib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər. Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini nəzarət altında saxlayaraq qeydə alıblar. Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası mütəmadi olaraq Azərbaycanla sərhədboyu müşahidələr aparır. Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadılıb.
Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, Azərbaycan ərazilərinin davamlı şəkildə hansısa ölkələrin nümayəndələri tərəfindən binoklla müşahidə olunması beynəlxalq hüquq normalarına birbaşa ziddir:

"Razılığımız olmadan heç kim bizi kənardan gizlicə izləyə bilməz. Bunun etik normalar və mənəvi-psixoloji baxımdan da qəbul ediləcək tərəfi yoxdur. Nümayişkaranə şəkildə binoklların Azərbaycana tuşlanması yolverilməzdir. Birmənalı Aİ missiyasının nəzərinə çatdırmaq lazımdır ki, Azərbaycanı gizlicə izləmək doğru deyil və buna son verilməlidir. Missiya nəzdində yer alan bütün dövlətlərə rəsmi müraciət olunmalıdır ki, suveren hüquqlarımızın pozulmasına yol verməsinlər, daxili işlərimizə qarışmasınlar. Dəfələrlə vurğulanıb ki, Aİ missiyası başqa fəaliyyətlə məşğul olur, casusluq, kəşfiyyat məlumatları toplayırlar. Əsassız ittihamlarla ölkəmizi hədəf alırlar. Avropa İttifaqı özü nəzərə almalıdır ki, bu cür iddialar qurumun nüfuzuna zərbə vurur, olan-qalan imicini də zədələyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Plastik cərrahların sayı artdı
16:41 31.08.2026
Sağlamlıq
Pezeşkian: Ağıllı insan müharibədən uzaq durar
16:25 31.08.2026
Region
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə