Lakin mediada və sosial şəbəkədə yayılan çoxsaylı faktlar göstərir ki, “türk qadağaları” ölkə daxilində bu və ya digər formada işləsə də, xaricdəki ermənilər Yerevanın “məsləhətlərini” veclərinə almırlar. Demək olar ki, xarici ölkələrdə yaşayan ermənilərin hamısı könüllü şəkildə hökumətin “qadağaları”nı pozurlar. Maraqlısı odur ki, rəsmi Yerevanın boykot kampaniyasına bu absurd qərarda imzası olan rəsmilər də qoşulmurlar. Bu günlərdə məlum olub ki, Baş nazir Nikol Paşinyan özü də xaricə səfər zamanı türk malları və xidmətlərinə daha çox üstünlük verir. Məlumdur ki, baş nazir Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qazaxıstanın Almatı şəhərinə gedib. Paşinyan Qazaxıstanın ən böyük şəhərində gecələmək üçün məhz türk iş adamı Fettah Taminceyə məxsus “Rixos” otellər şəbəkəsinin beşulduzlu mehmanxanasını seçib.
Ermənilərin tək çörək qapısı Türkiyədir