Ermənistan məcburdur !- “Qazaxın kəndləri də geri qaytarılacaq və...”
Fidan Həmişəyeva
14:22 11.11.2020
Aktual
1405
“Naxçıvan vasitəsilə Türkiyə ilə Azərbaycanın quru yolu təmin olunur”
"Qazax rayonu kəndlərinin qaytarılması ölkəmizin üçün böyük bir irəliləyişdir"
“İşğal altındakı torpaqların və Qarabağın bütünlüklə işğaldan azad edilməsi ilə əlaqədar qardaşım, dostum İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımı təbrik edirəm”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidenti deyib ki, imzalanan anlaşmaya əsasən, azad edilməmiş Azərbaycan torpaqları da Azərbaycana veriləcək:
“Anlaşmaya əsasən, Ermənistan Kəlbəcəri 15 noyabra, Ağdam və Qazaxın işğal altındakı hissələrini 20 noyabra, Laçını isə 1 dekabra qədər Azərbaycana təhvil verəcək. Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi təmin ediləcək və bu məqsədlə bir yol inşa olunacaq. Eyni zamanda Ermənistanla Xankəndi arasında da bir nəqliyyat dəhlizi açılacaq. İşğal nəticəsində torpaqlarından çıxarılan azərbaycanlılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müşahidəsi altında torpaqlarına dönəcək”.
Türkiyə Prezidentinin açıqlamasını “Sherg.az”a şərh edən millət vəkili Tahir Kərimli bildirib ki, Naxçıvanla Qərb rayonlarımızın birləşdirilməsi üçtərəfli bəyanatın tələblərindən biridir. Deputatın sözlərinə görə, Naxçıvan vasitəsilə Türkiyə və Azərbaycanın quru yolu təmin olunur:
“Bu, çox vacib məsələdir və artıq qəti şəkildə razılaşdırılıb. İndiki durumda Rusiya Azərbaycanın dövlət müstəqilliyini tamamilə tanıyır. Şübhəsiz ki, işğalda olan Qazaxın kəndləri də geri qaytarılacaq. Məğlub olan Ermənistan bunu etməyə məcburdur. Əks təqdirdə başqa nəticələrlə üzləşə bilərlər. Ona görə də gec-tez qaydalara əməl etməlidir”.
Parlament üzvü hesab edir ki, Qazax rayonu kəndlərinin qaytarılması ölkəmizin üçün böyük bir irəliləyişdir:
“Azərbaycanın bütün ərazisi üzərində suverenlik haqqı var. Bu sahədə Türkiyə Prezidenti cənab Ərdoğanın rolu da yüksək qiymətləndirilməlidir. Türkiyə olmasaydı, çoxları Qarabağla bağlı məsələyə müdaxilə edərdilər. Ona görə də Türkiyə prezidentinə təşəkkür edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət