Ermənistan prezidenti baş katiblə görüşdən əliboş qayıdıb
Turan
09:32 23.10.2020
Aktual
674
NATO və digər Avropa ölkələri Azərbaycanın apardığı əks-hücum əməliyyatlarında neytral mövqe sərgiləyirlər
“NATO Dağlıq Qarabağ münaqişəsində tərəf deyil”. Bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Ermənistan prezidenti Armen Sarkisyanla birgə mətbuat konfransında deyib. O, hərbi alyansın mövqeyini Ermənistan prezidentinə xatırlatdığını bildirib:
“Mən prezidentə dedim ki, NATO bu münaqişədə iştirak etmir”.
Həmçinin, Stoltenberq vurğulayıb ki, dinc sakinlərə hücumlar qəbuledilməzdir və dayandırılmalıdır: “Bütün tərəflər münaqişənin siyasi həllinin tapılması üzərində işləməlidir”.
ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison isə bəyan edib ki, Alyans Amerika və Rusiyanın etdiklərini təkrarlamağa, yəni Dağlıq Qarabağda münaqişəni dayandırmağa cəhd göstərir:
“Bu problem 30 ildir uzanır. ABŞ-ın, Rusiyanın və Fransanın həmsədrləri olduğu Minsk qrupu münaqişəni ilkin mərhələyə, yəni Azərbaycanın suveren sərhədləri çərçivəsinə qaytarmaq istəyir. Erməni əhali həmin sərhədlər çərçivəsində mövcud ola bilər. Bunu həll etmək mümkündür və o halda münaqişə başa çatacaq”.
Hərbi Alyansın mövqeyini “Şərq”ə təhlil edən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, NATO və digər Avropa ölkələri Azərbaycanın apardığı əks-hücum əməliyyatlarında neytral mövqe sərgiləyirlər. Onun sözlərinə görə, Qərbin nüfuzlu qurumları beynəlxalq hüquqa istinad edirlər:
“Məhz Ermənistan prezidenti Armen Sarkisyanın NATO baş katibi ilə görüşdən əliboş qayıtması Alyansın bu məsələdə obyektiv mövqeyinə söykənir. Həmçinin, uzun illərdir ki, məhz Ermənistanın təcavüzkar siyasətindən dolayı Hərbi Alyans Cənubi Qafqazda möhkəmlənə bilmirdi.
Belə olan təqdirdə Sarkisyanın bu səfəri nəticəsiz olmalı idi. NATO rəsmisinin Qarabağ məsələsi ilə bağlı verdiyi açıqlama da göstərir ki, Azərbaycan artıq muxtariyyətin verilməsində maraqlı deyil”.
Analitik qeyd edib ki, Paşinyanın son açıqlaması, sülhə hazır olmaması Qarabağ məsələsində Azərbaycanın güzəştə getməsini mümkünsüz edir:
“Yenilənmiş Madrid prinsipləri, baza prinsipləri və muxtariyyət məsələləri arxivdə qaldı. Bu həll variantları yalnız danışıqlar mərhələsində qüvvədə idi. Müharibədən sonra Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Azərbaycan artıq müharibə ilə rayonları geri qaytarır.
Ermənistanın tam məğlubiyyətindən sonra 5+2 və yaxud digər həll variantlarına qayıtmaq mümkün deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya