Ermənistanın Gəncədə törətdiyi qətliam Xocalı soyqrımının təkrarıdır - QHT sədri
13:21 11.10.2020
Aktual
633
Ermənistanın Gəncədə və digər ərazilərdə yaşayan azərbaycanlılara qarşı törətdiyi qətliam Xocalı soyqrımının təkrarıdır.
Bunu Trend-ə “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bildirib.
Onun sözlərinə görə, humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində yaşayış binasını raket atəşinə tutaraq, onlarla dinc sakini qətlə yetirməsi, yaralaması birmənalı olaraq terror aktıdır.
QHT sədri vurğulayıb ki, Azərbaycan ordusunun işğal edilmiş torpaqlarda işğalçı Ermənistana qarşı uğurlu əks-hücumlar həyata keçirməsi və hər gün kəndbəkənd ərazilərimizin azad olunması, düşmənin canlı qüvvəsi və texnikasının hər an məhv edilməsi Ermənistanı lərzəyə saldığından onlar dinc azərbaycanlılara qarşı xain soyqırımı aktları törədirlər:
"Azərbaycan xalqı və ordusu cənab Prezidentin, Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbəsini qazanmaqdadır. Prezidentın təbirincə desək, muüzəffər ordumuz Azərbaycan bayrağını işğal olunmuş bütün torpaqlarımızda qaldıracaq. "Qarabağ Azərbaycandır!" nidası gerçək şanlı tarixin nöqtəsini qoymaqdadır.
Düşmən nəinki uduzur, döyüş meydanında hər şeylərini atıb qaçır. Ordumuz onlara aman vermir. İşğalçı əsgərlər bizim torpağımıza soxulduqlarına görə hər an oradaca məhv edilirlər. Biz müharibəni öz torpaqlarımız uğrunda aparır, sivil erməniyə güllə atmırıq. Onlar isə bizim müharibədən kənar olan böyük şəhərlərimizi raket atəşinə tuturlar".
M.Əmirhüseynova onu da bildirib ki, düşmənin xaincəsinə hücumları nə xalqımızı nə də dövlətimizi haqq işi uğrunda mübarizədən-müharibədən çəkindirə bilməz:
"Atəşkəsin imzalanması onlara verilən sonuncu şans idi. Məkirli düşmən bu şansdan yararlana bilmədi. Onlara xain xislətləri imkan vermədi ki, biz tərəfdən edilən sonuncu yaxşılığı, dünya dövlətlərinin xahişlərini nəzərə alaraq atdığımız humanist addımımızı dəyərləndirə bilsinlər. İşğalçılara qarşı başladığımız Vətən Müharibəsi Ali Baş Komandanın rəhbərliyi, ordumuzun gücü, xalqımızın əzmi ilə qələbəylə sonuclanacaq.
Biz buna əminik: Azərbaycan bayrağı Şuşada, Xankəndidə və bütün işğal olunmuş ərazilərimizdə məğrurcasına dalğalanacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media