
Ermənistanın təxribat planı: Bütün bunlar göstərir ki, rəsmi İrəvan sülh istəmir
10:57 27.01.2025
Aktual
432
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində xəndəklər qazmaqda davam edir. Bu barədə "Bez Tormozov" Teleqram kanalı foto sübutlar yayımlayıb. Qeyd edilib ki, Ermənistan təxribatçı addımlarından geri çəkmir və bölgədə vəziyyəti gərginləşdirməyə davam edir. Görünən odur ki, Ermənistanın Kəlbəcər istiqamətində xəndəklər qazması və mövqelərini möhkəmləndirməsi bölgədə hərbi-siyasi vəziyyəti gərginləşdirmək məqsədi daşıyır. Həmçinin 10 noyabr 2020-ci il razılaşmasına əsasən bölgədə sabitlik qorunmalıdır. Amma Ermənistan bu cür təxribatlarla razılaşmaları pozmağa və yeni şərtlər irəli sürməyə çalışır.
Hərbi ekspert Emil Həsənli “Sherg.az”a bildirib ki, Ermənistan müxtəlif istiqamətlərdə təxribatlara davam edir:

“Onlar sözdə ən yüksək səviyyədə sülhü istədiklərini bəyan etsələr də, reallıqda tamamilə bundan uzaqdırlar. Ermənistan Fransa, Hindistan, Yunanıstan və Cənubi Kiprdən silahlar alır və Amerikanın hərbi akademiyaları ilə əməkdaşlıq aparırlar. Eyni zamanda ordularını gücləndirir və ehtiyatda olan hərbiçiləri tez-tez təlimlərə çağırırlar. Ermənistan cəmiyyətində hələ də müharibə və əməliyyatlara başlaya biləcəklərini düşünürlər. Bütün bunlar göstərir ki, rəsmi İrəvan sülh istəmir. Digər tərəfdən Ermənistan hər il hərbi büdcəsini artırır. Sülh istəyən bir ölkə hərbi büdcəsini bu qədər artırarmı? Azərbaycan isə öz hərbi büdcəsini mövcud vəziyyəti uyğun olaraq tənzimləyir və ordu quruculuğuna diqqət yetirir. Həmçinin bölgədə və dünyaya gedən prosesləri yaxından izləyir. Bütün məsələlər ilə bağlı təhlillər aparılır və müəyyən addımlar atılır. Ermənistan isə odla oynayır və getdikcə öz mövcudluğunu sual altına salır. Ermənistan fikirləşməlidir ki, 30 ildən çox Rusiya, Fransa, İran və Avropaya arxayın olaraq nə əldə etdilər? Ona görə də bundan sonra Ermənistan mövcud reallığı qəbul etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: Tramp İranı təslim olmağa məcbur etmək istəyir
20:00 29.04.2026
Region
Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü
19:45 29.04.2026
Siyasət
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol