Firudin Ağasıoğlu: Rusiyanın ölkəmizdə 10 minlərlə agenti var
Yusif Nəzərli
07:27 02.07.2025
Aktual
565
"Bunu nəzərə alaraq biz hər bir olayı yumşaq şəkildə, siyasətlə həll etməliyik"
Yekaterinburq şəhərində soydaşlarımıza qarşı Rusiya Federasiyası hüquq-mühafizə orqanlarının törətdiyi amansız qətl, həmçinin həbslər və həbslər dalğasının ölkənin digər şəhərlərində də davam etməsi bu ölkə ilə münasibətlərə daha dərindən baxışı zəruri edir. Azərbaycan dövləti soydaşlarımızın harada, hansı ölkədə yaşamasından asılı olmayaraq həyat və hüquqlarının əsas təminatçısı kimi bu gün də vətəndaşlarının müdafiəsini layiqincə yerinə yetirir. Son hadisələr cəmiyyətdə də haqlı hiddətə səbəb olub. İctimaiyyət “dosta əl uzadarıq, düşmənə sopa” prinsipini haqlı olaraq dəstəkləyir. Əgər bir müddət əvvəl ölkəmizdə rusdilli məktəblərin bağlanması və ya ödənişli olması fikrinə qarşı çıxan tək-tük insan vardısa, son olaylar xalqın bu məsələdə yekdil fikrə gəldiyini göstərdi. Sosial şəbəkələrdə də istifadəçilər rusdilli məktəblərin ləğvinin vacibliyini vurğulayırlar.
Türkoloq alim, professor Firudin Ağasıoğlu Sherg.az-a açıqlamasında ölkəmizdəki Rusiya agenturasının rusdilli məktəblərdən qaynaqlandığını bildirdi:
- Həmişə demişəm, yenə də təkrarlayıram. 1828-ci ildən taki müstəqilliyimizi bərpa edənədək Rusiya imperiyasının qapazı altında yaşamışıq. Nəsillər dəyişsə də, agentura dəyişməyib. Atadan oğula, oğuldan nəvəyə keçib. Rusiyanın ölkəmizdə 10 minlərlə agenti var və faciə bundadır ki, onların 90 faizi Azərbaycan türkləridir. Buna görə də Rusiyanın Azərbaycanı daxildən qarışdırmaq imkanı var. Bunu nəzərə alaraq biz hər bir olayı yumşaq şəkildə, siyasətlə həll etməliyik. Yəni ocağa yağ yox, su tökməliyik. O vaxta qədər ki dövlətimiz bu agentura şəbəkəsindən xilas olacaq. İkinci məsələ, agentura şəbəkəsinin mənbəyidir. Bu mənbə də ölkəmizdəki rusdilli məktəblərdir. Bu məktəblərin bir hissəsi bizim xalqımızdan, zəhmətkeşlərdən tutulan vergi əsasında formalaşan dövlət büdcəsi hesabına fəaliyyət göstərir. 350 rusdilli məktəb var Azərbaycanda. Niyə bu məktəblər dövlət hesabına maliyyələşməlidir? Bu məktəblərdə təhsil alanlar agentura şəbəkəsinin gələcək üzvləri olacaq bəlkə də. Həmin məktəblər bizim ziyanımızadır. Belə çıxır ki, biz burada öz dövlətimizin maliyyəsi hesabına Rusiya üçün kadr hazırlayırıq. Kim rusdilli təhsil almaq istəyirsə, buyursun, ödəniş etsin. Xarici dillərdə təhsil yalnız ödənişli olmalıdır. Rusiya federativ dövlətdir. Tatarıstan, Başqırdıstan, Yakutiya və sair respublikalar, muxtar vilayətlər var. Rusiya onların heç birində ana dilində təhsil almaq hüququ verməyib, hələ qərar qəbul ediblər ki, rus dili ana dili kimi tədris olunsun. Biz niyə ölkəmizdə rusdilli təhsilə belə geniş, sərbəst şərait yaratmalıyıq? Nə qədər ki rusdilli məktəblər fəaliyyət göstərəcək, Rusiya agentura sistemi də burada davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə