Gecikirik: Psixoloqlar da COVİD-19-la mübarizəyə cəlb edilməlidir
Məlahət Rzayeva
12:27 16.06.2020
Aktual
1022
İstənilən xəstəlikdən sağalmaqda dərmandan daha çox, psixoloji dəstək və inamın olması mühüm rol oynayır. Bu gün bütün dünyada, o cümlədən də Azərbaycanda xeyli sayda insan COVID-19-dan əziyyət çəkir. Dünyanı bürüyən bu pandemiya ilə bağlı vəziyyət get-gedə ölkəmizdə də gərginləşməkdədir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla koronavirus xəstələrinin müalicəsinə psixoloqların da cəlb edilməsini vacib sayır. Sputnik Azərbaycan-a açıqlamasında A.Qeybulla hətta Dünya Səhiyyə Təşkilatıının da bu məqamı yaddan çıxardığını bildirib: Ümumiyyətlə, bu kimi pandemiyaların hökm sürdüyü ərəfədə əhalinin psixoloji reabilitasiyaya daha çox ehtiyacı olur. İnsanların depressiya və panikaya düşməsinin qarşısının alınması üçün reabilitasiya və bu xəstələrə həkimlərin də psixoloji dəstəkləri çox önəmlidir. Xəstələrdə bədənin bütün mobilizasiyası xəstəlikdən xilasa yönəldilir. Hesab edirəm ki, psixolji reabilitasiya çox önəmlidir. Ümumiyyətlə, həkimlərdən əlavə, psixoloji reabilitasiyada cəmiyyətin digər üzvlərinin, nüfuzlu xadimlərin, eləcə də KİV-in rolu olmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı da bu işi koordinasiya eləməlidir. Amma görünən odur ki, bu məsələyə heç bir xüsusi diqqət ayrılmayıb. Bu vəziyyət nəinki Azərbaycanda, digər ölkələrdə də təkrarlanır”.
Məsələ ilə bağlı “Şərq”ə danışan “Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova qeyd etdi ki, bu, yerində edilmiş təklifdir:
- Hətta, hesab edirəm ki, əhaliyə psixoloji yardım göstərilmək məsələsində biz artıq gecikirik. Stress immun sistemi zəiflədən mühüm faktorlardan biridir. Bizim mərkəzin “Qaynar Xətt”inə gün ərzində nə qədər zənglər daxil olur, insanlar təşviş içində olduqlarını və COVİD-19 testindən keçmək istədiklərini bildirirlər. Elə insanlar var özündə xəstəliyin əlamətlərini axtarmağa başlayıb. Laqeydlik nə dərəcədə təhlükəlidirsə, normadan artıq həssaslıq və şübhə içində qalmaq da bir o qədər qorxulu və təhlükəlidir. Mərkəzimiz böyük bir müəssisədir və təsəvvür edin ki, bizim psixoloqların da hətta psixoloqa ehtiyacı yaranıb. Belə çətin, gərgin mərhələdə psixoloji dəstək mütləq olmalıdır.
N.Rüstəmova bildirdi ki, psixoloqların COVİD-19-la mübarizəyə cəlb edilməsi vacibdir:
- Koronavirusdan müalicə alanlara mütləq psixoloji yardın göstərilməlidir. Nəfəs aparatlarına qoşulanların vəziyyəti lap ağırdır. Boğulma, nəfəs tutulmaları həm də streslə bağlı olur. Virusa yoluxmuş insanlar psixoloji gərginlik içində ola bilər. İnsan sevdiklərini itirəcəyini düşünür, iş yerini itirmək qorxudu yaşayanlar var. Hətta koronavirusa yoluxduğu üçün sevdiyindən ayrılanlar da var. Elə insan var, pessimist fikirlərə dalır və koronavirusdan sağalmayacağını düşünür. Belə ruh halı təbii ki, insanın xəstəlilləı mübarizəsini zəiflədir. Psixoloji güc, dayanıqlılıq xəstəliklə mübarizədə əsas faktordur. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, koronavirusla mübarizə tədbirləri çərçivəsində insanlara psixoloji yardım göstərəcək “Qaynar Xətt” yaradılmalıdır. 103 Cağrı Mərkəzi fəaliyyət göstərir. 103 xidmətinin gəaliyyəti həqiqətən də hər cür alqışa layiqdir. Amma indiki gərgin məqamda psixoloji yardım xətti fəaliyyət göstərsə və bu barədə ictimaiyyətə geniş məlumat verilsə, vətəndaşlar bu “Qaynar Xətt”ə zəng edib problemlərini deyər, 103 xidmətinin də işi yüngülləşər. Bəzən insanlar stresdın, həyəcandan, psixoloji gərginlik halında hərarətlərinin artdığını düşünür, cəld 103 xidmətinə zəng edirlər. Və bəzən belə zənglərin əsassız olduğu müəyyənləşir. Amma psixoloji yardım üçün “Qaynar Xətt” fəaliyyət göstərsə, vətəndaşlar narahatlıqlarını bildirər və psixoloqlar da yardım onlara göstərər. Əgər tibbi müdaxiləyə ehtiyac olduğu bilinərsə, o zaman 103 xidmətinə müraciət olunar. Hazırda biz onlayn, skayp proqramı vəsitəsilə psixoloji yardım göstəririk. Eyni xidmət növünün koronavirusla mübarizə tədbirləri çərçivəsində həyata keçirilməsini də təklif edirik. Belə bir qaynar xətt yaradılarsa, insanlar təşvişdən azad olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aleş Svoboda tarixə ilk çex astronavtı kimi düşəcək
21:12 08.06.2026
Dünya
Xameneinin harada dəfn olunacağı açıqlandı
21:00 08.06.2026
Dünya
Yeni güc mərkəzi: Bakı, Ankara və Tbilisi birləşir - TƏHLİL
21:00 08.06.2026
Gündəm
Starmerdən "Apple" və "Google" şirkətlərinə tələb
20:25 08.06.2026
Texnologiya
Kılıçdaroğlu və həyat yoldaşına təhdid edən şəxs həbs olundu
20:15 08.06.2026
Gündəm
Almaniya kansleri: Ermənistan xalqı açıq şəkildə sülhü seçib
20:08 08.06.2026
Dünya
Netanyahu: İranın nüvə silahı əldə etməyəcəyinə söz verirəm
20:00 08.06.2026
Dünya
Paşinyanın qələbəsi hələ tam siyasi sabitlik demək deyil - ANALİZ
19:59 08.06.2026
Gündəm
"Fiorentina"nın yeni baş məşqçisi bilinib
19:40 08.06.2026
Futbol
Ərdoğan Delsi Rodrigez ilə görüşüb
19:23 08.06.2026
Dünya
Əsmər Əliyeva vəzifəsindən azad olundu
19:12 08.06.2026
Cəmiyyət
Türkiyə, Azərbaycan və Gürcüstan sülh çağırışı etdi
19:02 08.06.2026
Gündəm
Trampı canlandıran aktyor: “O çılğın adamdan qorxuram”
18:54 08.06.2026
Dünya
5-6 aya biz Paşinyanın əsl simasını görəcəyik - Tural Abbaslı
18:49 08.06.2026
Gündəm