Gəncə şəhəri dezinfeksiya olunur - FOTO


Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə küçə və prospektlərdə dezinfeksiya işləri davam edir.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, dezinfeksiya işləri şəhərin bütün istiqamətləri üzrə aparılır.

Dezinfeksiya işləri şəhərin küçə və prospektlərini, yaşayış massivlərini, park və xiyabanları əhatə edir.

Qeyd edək ki, bir qədər əvvəl şəhərdə olan çoxmənzilli binalarda dezinfeksiya işləri aparılıb.