Girovun oğlu inanır:“Prezident atamı da əsarətdən xilas edəcək”
Yusif Sultanoğlu
12:01 18.11.2020
Aktual
961
10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyannamənin şərtlərindən biri də girovlar haqqındadır. Hazırda girov və əsirlərin geri qaytarılması gündəmdə olan əsas məsələlərdən biridir.
Təbii hər kəsin ağlına 2014-cü ildən bu günə əsirlikdə olan Dilqəm Əsgərov və Şahbaz Quliyev gəlir. Nəzərinizə çatdıraq ki, onlar Kəlbəcər rayonundakı ata-baba yurdlarını ziyarət edərkən Ermənistan Silahlı qüvvələri tərəfindən girov götürülüblər.
Bəs, görəsən indi necə olacaq? Dilqəm və Şahbaz Azərbaycana geri qaytarılacaqmı?
“Sherg.az”a atasının girovluq məsələsindən danışan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov 6 illik əsarətin sona çatacağına inandığını söyləyib:
“Bildirmək istəyirəm ki, atam Dilqəm Əsgərovu ermənilər Şuşa Qalasından oğurlayaraq Ermənistan ərazisinə aparıblar. Bir müddət Qorisdə saxlayıblar. Noyabr ayının 13-də Qorisdən çıxardaraq Şıraka aparıblar. İndi orda həbsxanada saxlanılır.
Noyabrın 13-də Beynəlxalq Qızıl Xaç komitəsinin əməkdaşları atama baş çəkiblər,görüşüblər. Bizə verdikləri məlumata görə atamın səhhəti, vəziyyəti normaldır. Hətta atam məktub da yazıb. Onu da gətiriblər.
Məktubda qeyd edir: “Hamıya salam deyin, mənə görə narahat olmayın, hər şey qaydasındadır”. Ümid edirik ki, yaxın zamanda əsirlik sona çatacaq. Həm də hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın bəndlərində girovların dəyişdirilməsi məsələsi də var. Ona görə inanıram ki, atam Dilqəm Əsgərov tezliklə erməni girovluğundan azad ediləcək. Bu müstəvidə də Azərbaycan dövlətinin, Prezidentin uğurlu siyasətini həmişə dəstəkləyirik.
Cənab Ali Baş Komandana ümidimiz böyükdür. Necə ki, işğalda olan torpaqlarımızı azad etdi. Eləcə də atam Dilqəm Əsgərovu da erməni əsarətindən xilas edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə