Gömrük Komitəsində də islahatlar aparılmalıdır
00:51 20.02.2021
Aktual
583
Elə şərait yaradılmalıdır ki, iş adamları ölkənin iqtisadiyyatına töhfə versinlər
Ötən ilin sentyabrın 21-dən qüvvəyə minən qaydalar Dövlət Gömrük Komitəsinə qarşı etirazlara səbəb olmuşdu. Belə ki, qərara görə hər bir vətəndaşın özü ilə xaricdən rüsumsuz gətirə biləcəyi malın dəyəri 1500 dollardan 800 dollara, internetdən ala biləcəyi məhsulun dəyəri isə 1000 dollardan 300 dollara endirilib. Onu da deyək ki, bir nəfər ölkəyə bu qayda ilə sadəcə ayda bir dəfə mal idxal edə bilərdi.
Bu il isə əsasən, sadə vətəndaşlarla bərabər sahibkarlar da gömrük xidmətindən narazılıq edirlər. Onlar ölkəyə idxal etdiklərinin 2-3 qat artıq dəyərini gömrüyə verdiklərini, nəticədə isə iflas etdiklərini deyirlər. "Daha deyin ki, ölkəyə heç nə gətirməyin"- söyləyən sahibkarlar xaricdən gətirilən mallara gömrükdə ciddi maneələr, üstəlik, həddən çox "rüsum" tələb olunmasından narahatlıqlarını ifadə edirlər.
Bildirilir ki, tələb olunan qiymətlərdən dövlət rüsumunun xəbəri belə yoxdur.
Mövzu barədə "Şərq"ə danışan iqtisadçı-ekspert Kazım Məmmədov isə deyir ki, belə olan halda sadə vətəndaşlarla bərabər həm iş adamları, həm dövlət, həm də ölkə iqtisadiyyatı uduzur:
"Hələ pandemiyanın ölkədə kəskin yayıldığı bir dönəmdə DGK ölkəyə rüsumsuz gətirilə bilən malların dəyərini təxminən ikiqat aşağı saldı. Bu qərar bir tərəfdən ona görə doğru idi ki, ölkəyə nə qədər az məhsul daxil olarsa, həmin karqoya bulaşıb gələ biləcək virus, eləcə də virusa yoluxma halları da minimum olardı.
Lakin hazırkı dönəmdə pandemiya ölkədə nəzarətə alınıb. Ölkəyə gətirilən hər məhsul dezinfeksiya edilir, insanlar vaksinasiya olunur. Bu halda dövlət sahibkarlara xüsusilə şərait yaratmalıdır ki, onlar şəxsi biznesləri də olsa ölkə iqtisadiyyatını inkişaf etdirsinlər.
Xüsusilə də postpandemiya dövrünə hazırlaşmaq, ölkənin pandemiya dövründə iqtisadi azalmalarını hazırkı dönəmlə balanslaşdırmaq üçün Gömrük Xidməti xərcləri minimuma endirməlidir, nəinki əlavə pul almaq".
İqtisadçı K.Məmmədov onu da dedi ki, ölkənin sərhədləri gömrüklərdən başlayır, əsas nəzarət ora edilməli, mütləq islahatlar aparılmalıdır:
"Gömrükdən tək Azərbaycan vətəndaşları yox, digər ölkələrin nümayəndələri də keçirlər. Gərək gömrük xidmətçiləri elə işləyə ki, Azərbaycan xalqının rifahını üstün tuta, ölkəmizi xarici vətəndaşlara rüşvətxor və talançı yer kimi təqdim etməyələr.
Çünki bir dəfə gələn xarici qonaq elə ölkənin girişindən bu tip hallarla qarşılaşsa, o çətin ki, ölkəyə ikinci dəfə gəlmək istəsin. Bu da turist axınına çox mənfi təsir edəcək. Bu minvalla ziyan yenə də ölkə iqtisadiyyatına dəyəcək".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi