Hadrut təxribatı ilkin siqnaldır ! – “Ruslar danışıqlardan kənara çıxırlar” - Türklər gəlsin!
Fidan Həmişəyeva
12:21 14.12.2020
Aktual
773
“Sərhəddə öz nəzarətində olan əraziləri genişləndirməyə cəhd edirlər”
“Nə üçün rus sülhməramlıları meşədə gizlənmiş erməni əsgərlərinin bizimkilərə hücumu zamanı onları çıxarmırdılar?”
“Belə çıxır ki, həmin erməni əsgərləri rus sülhməramlılarına tabe olmurlar və ruslar öz işinin öhdəsindən gələ bilmir”
“Azərbaycan ərazisinə, xüsusilə Qarabağa türk sülhməramlıları yerləşdirilməlidir. Başqa variant yoxdur”
Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə bəzi erməni silahlı birləşmələri qalıb. Erməni kütləvi informasiya vasitələrindən bildirilib ki, sözügedən silahlı dəstələr meşəlik ərazidə azmış vəziyyətdə olublar. Həmin silahlı dəstələr ərazini tərk etməyib, əksinə, döyüş mövqeləri yaradıblar. Qeyd edək ki, dekabrın 8-də Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb.
Rusiya Federasiyası Müdafiə Nazirliyindən verilən məlumata görə, dekabrın 11-də Hadrut ərazisində növbəti dəfə atəşkəs pozulması qeydə alınıb:
“Bütün təmas xətti üzrə atəşin dayandırılması rejiminə riayət edilir. 11 dekabrda Hadrutda atəşin dayandırılması rejiminin bir dəfə pozulması qeydə alınıb. Rusiya sülhməramlılarının hərəkətləri ilə vəziyyətin sonrakı kəskinləşməsinin qarşısı alınıb”.
Siyasi analitik Turab Rzayev Hadrutda atəşkəsin pozulmasının nə ilə nəticələnəcəyi barədə fikirlərini “Sherg.az”la bölüşüb.
Ekspert söyləyib ki, artıq Hadrutdakı təxribat ilkin siqnaldır:
“Atəşkəsin pozulması onunla bağlıdır ki, Rusiya sülhməramlıları ilə yaxşı münasibətimiz var idi. Amma bəlli oldu ki, rus sülhməramlıların bəzi şərtləri yerinə yetirilməyəcək. Məsələn, bizimlə üzbəüz postda erməni əsgərləri durur. Lakin sərhəddin bir tərəfində ruslar, qarşı tərəfində isə biz durmalı idik. Buna baxmayaraq, ermənilər qarşımızdakı postda dayanır və Qarabağ bayrağını taxırlar.
Bu, dözülməz haldır. Anlaşmaya görə, Dağlıq Qarabağdakı bütün erməni silahlıları oradan çıxarılmalı idilər. Lakin biz yenə də müəyyən güzəşt edirdik, səsimizi çıxarmırdıq.
Artıq bəlli olduğu kimi ruslar necə ki, Donbas və Osetiyada hər ölkə ilə anlaşılmazlıq olanda sərhədlərini ayırıb, yeni münaqişə ocağı yaradırlar. Eyni hadisəni biz də yaşayırıq. Erməni silahlıları Hadrutda əsgərlərimizə atəş açırlar.
Ona görə də onların həmin bölgədən çıxarılması üçün ruslara müraciət etdik. Rus sülhməramlıları gəldilər və çıxış etdilər ki, erməni silahlıları həmin ərazini tərk etsinlər, lakin kimsə çıxmadı.
Ona görə də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməliyyat keçirib, həmin ərazini azad etdi, ermənilər çıxarıldı. Bundan sonra rus sülhməramlıları gəlib oranı nəzarətə almaq istəyirlər.
Nə üçün rus sülhməramlıları meşədə gizlənmiş erməni əsgərlərinin bizimkilərə hücumu zamanı onları çıxarmırdılar? Belə çıxır ki, həmin erməni əsgərləri rus sülhməramlılarına tabe olmurlar və ruslar öz işinin öhdəsindən gələ bilmir”.
T.Rzayevin fikrincə, Azərbaycan ərazisinə, xüsusilə Qarabağa türk sülhməramlıları yerləşdirilməlidir. Başqa variant yoxdur:
“Türk əsgərləri istər hərbi baza, istərsə də təlim adı ilə ərazilərimizdə yerləşdirilməlidir. Çünki rus sülhməramlıları artıq danışıqlardan kənara çıxıb, sərhəddə öz nəzarətində olan əraziləri genişləndirməyə cəhd edirlər.
Əsgərlərimizlə rus sülhməramlıların üz-üzə gəlməsi, Ermənistan-Azərbaycan, eləcə də Azərbaycan-Rusiya arasında yeni müharibə və münaqişənin başlamasına gətirib çıxara bilər.
Ən yaxşısı sərhəddə türk əsgərlərinin olmasıdır. Bundan sonra rus əsgərləri nə Hadruta girməyi, nə də həmin ərazini öz xəritələrində genişləndirməyi düşünərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət
"Inter" 21-ci çempionluğunu elan etdi
09:57 04.05.2026
Futbol
30 ilə hamımız Çin dilində danışacağıq - Nazir
09:54 04.05.2026
Gündəm
ABŞ "Azadlıq Layihəsi" əməliyyatına 15000 hərbçi göndərəcək
09:31 04.05.2026
Gündəm
Kruiz gəmisində hantavirus yayıldı: Ölənlər var
09:19 04.05.2026
Dünya