Haqlı ittiham: “Rus sülhməramlıları təhlükəsizliyə nəzarət edə bilmirlər”
Fidan Həmişəyeva
10:07 11.01.2021
Aktual
805
“Erməni terrorist dəstələri hansı əsaslarla Azərbaycan ərazisinə keçiblər və nə üçün rus sülhməramlıları onlara əngəl törətməyiblər?”
“Düşünürəm ki, burada ikitərəfli nəzarət məsələsi mütləq gündəmə gətirilməlidir”
Dünən Qarabağa daha 218 erməni qaytarılıb. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi Qarabağla bağlı günlük hesabatında açıqlayıb. Hesabatda qeyd olunub ki, bütövlükdə 14 noyabrdan bəri Qarabağa rus sülhməramlılarının qaytardığı ermənilərin sayı 48 min 459 nəfərə çatıb. Rus sülhməramlıları ermənilərin İrəvandan təhlükəsiz gətirilməsi, yerləşdirilməsi, onlara humanitar yardım və mülki infrasturkturun bərpası ilə məşğuldurlar. İndiyədək Qarabağda ruslar 479,2 hektar sahəni, 182,8 km yolu, 710 evi minalardan təmizləyib.
Millət vəkili Asim Mollazadə bölgədəki proseslərlə bağlı “Sherg.az”a danışıb. O qeyd edib ki, rus sülhməramlılarının bölgədə yerləşməsinin əsas səbəbi guya Qarabağda erməni əhalisinin olmasıdır:
“Lakin onlar ermənilərin geri qaytarılmasında çox maraqlıdır. Rusiyalı hərbçilər guya bölgədə təhlükəsizliyi təmin etmək istəyirlər. Azərbaycan isə həmin erməniləri öz vətəndaşları kimi qəbul etməyə razıdır.
Dövlətimiz bunu hər zaman bəyan edib. Amma dəfələrlə diversantların bölgəyə keçib, terror aktı törətdiklərinin şahidi olmuşuq. Bu, onu göstərir ki, rus sülhməramlıları təhlükəsizliyə kifayət qədər nəzarət edə bilmirlər.
Ona görə də belə məqamlar mütləq rusların qarşısına qoyulmalıdır. Yəni erməni terrorist dəstələri hansı əsaslarla Azərbaycan ərazisinə keçiblər və nə üçün rus sülhməramlıları onlara əngəl törətməyiblər?
Düşünürəm ki, burada ikitərəfli nəzarət məsələsi mütləq gündəmə gətirilməlidir. Həmçinin erməni əsgərlərin Azərbaycan ərazisinə daxil olmasının qarşısını almaq üçün hər bir iş görülməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat