"Heç bir ölkənin tibbi birdən-birə bu qədər ağır yükü qaldırmaq gücündə deyil" - Aygün Muradxanlı
Fidan Həmişəyeva
10:27 05.07.2020
Aktual
838
Bu günlərdə koronavirusa yoluxan vətəndaşlardan biri müalicə aldığı xəbərsiz xəstəxananı tərk edib. Daha sonra nəzarətçilər xəstəni geri qaytarıblar.
Bütün dünyanın pandemiya ilə mübarizə apardığı bir dönəmdə virus daşıyıcı olan şəxsin belə addımı sadəcə düşüncəsizlik və məsuliyyətsizlikdir. Ürəyi istədiyi kimi çölə çıxıb 10 dəqiqə belə gəzmək digər vətəndaşlar üçün olduqca təhlükəlidir. Virusla mübarizədə bütün vətəndaşların birlik nümayiş etdirməli olduğu tez-tez vurğulansa da, bunu dərk etməyənlər var.
Jurnalist Aygün Muradxanlı “Sherg.az”a açıqlamasında bildirib ki, bu hadisə ilk olaraq tibbin problemidir. Çünki hər kəs normal tibb xidməti almaq istəyir.
Onun sözlərinə görə, əslində xəstəxanalar bu xidməti vətəndaşa göstərməlidirlər:
“Təəssüf ki, bu günlərdə həmin xidməti görə bilmirik. Bunun səbəblərindən biri məhz vətəndaş məsuliyyətsizliyinə dayanır. Çünki ilk günlərdə vətəndaşlar məsuliyyətli davranış sərgiləsəydilər, yoluxmalar bu qədər çox olmazdı. Nəticədə həkim personalı və xəstəxanaların imkanı çatardı ki, hər kəsə bərabər qaydada xidmət göstərsinlər. Amma vətəndaş itaətkarsızlığı və məsuliyyətsizliyi elə bir səviyyəyə gəldi ki, bu gün səhiyyəmiz xəstələnənlərin sayına adekvat deyil. Bu, tək Azərbaycanın problemi deyil. Fransa, Almaniya, İspaniya və digər ölkələrdə də eyni vəziyyəti görürük. Hər bir ölkə həyəcan təbili çalır ki, hər kəs özünü qorusun. Çünki heç bir ölkənin tibbi birdən-birə bu qədər ağır yükü qaldırmaq gücündə deyil. 500-dən çox xəstənin yoluxması həqiqətən də dövlətimiz üçün bir yükdür. Bütün hallarda xəstəxanalarda gərəkli tibb xidmətinin olmaması acı nəticə yaradır. Amma gərək hər kəs sağlamlığını qorusun. Bunu düşünən insan qaydalara əməl edir, nə yoluxur, nə də yoluxdurur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm