Həvva Məmmədova: "Şəhid ailələrinə və müharibə əlillərinə qayğı həmişə prioritet olub"
Şəymən Bayramova
13:18 09.08.2020
Aktual
1567
Prezident İlham Əliyevin diqqəti, qayğısı nəticəsində ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı proqramı ildən-ilə genişlənir. Və yaxın bir neçə ildə şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan mənzil proqramının başa çatdırılacağı gözlənilir.
Qeyd edək ki, növbəti dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 109 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə Hövsan Yaşayış Kompleksindən alınmış mənzillər təqdim edilib.
Bu günə qədər şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verildiyini xatırladan sabiq millət vəkili Həvva Məmmədova Sherg.aza açıqlamasında bu məsələnin ölkə başçısı üçün prioritet olduğunu deyib:
"Prezidentin imzaladığı bütün fərman və sərəncamlarda ilk növbədə qaçqınların və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ön planda durur. Dövlət başçısı 2003-cü ildə prezident seçiləndə onun ilk çıxışlarından biri ondan ibarət idi ki, tezliklə bütün çadır düşərgəsi ləğv olunacaq. Bütün bu deyilənlərə əməl edildi. Bu gün bir nəfər də olsun çadırda yaşayan yoxdur.
2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox,
2019-cu ildə ondan 50 faiz çox mənzil və fərdi ev verilib".
H. Məmmədovanın sözlərinə görə, pandemiya dövrü olmasına baxmayaraq, bütün sosial proqramlar bu proqram da genişləndirilir:
"Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. Təkcə son 20 gün ərzində 250 mənzil təqdim edilib.
Eyni zamanda köçkün əhalinin bütün şəraiti yaxşılaşdırılıb. Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb. Şəhid ailələrinin və Qarabağ müharibəsi əlilləri övladlarının respublikamızın ali təhsil müəssisələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Prezidentin məcburi köçkünlərə, şəhid ailələrinə göstərdiyi diqqət və qayğı qiymətləndirilməlidir. Heç bir ölkədə qaçqın və məcburi köçkün ailəsinin üzünün gülməsinə, onların yeni mənzillə təmin olunmasına rast gələ bilmərik. Bu, yalnız Azərbaycan Prezidentinin sosial qayğıya ehtiyacı olanlara göstərdiyi böyük diqqətin nümunəsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə