Həyat 10 saniyəlik duracaq, bütün telefonlar eyni anda zəng çalacaq!
12:21 01.09.2025
Aktual
978
İngiltərə, mümkün fəlakətlərə qarşı hazırladığı fövqəladə vəziyyət xəbərdarlıq sistemini yenidən sınaqdan keçirməyə hazırlaşır.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, 7 sentyabr bazar günü ölkə üzrə milyonlarla mobil telefon eyni anda zəng çalacaq, təxminən 10 saniyə titrəyəcək və ekranda “Bu yalnız bir testdir” xəbərdarlığı göstəriləcək.
"Independent UK" xəbərinə görə məqsəd, zəlzələdən daşqına, fırtınadan şiddətli hava şəraitinə qədər hər cür fövqəladə vəziyyətdə milyonlarla insana saniyələr içində çataraq həyat itkilərinin qarşısını almaqdır.
Yerli vaxtla saat 15:00 civarında 4G və 5G şəbəkəsinə bağlı bütün telefonlar siqnal səsi çıxaracaq və titrəmə ilə xəbərdarlıq edəcək. Təxminən 10 saniyə davam edəcək bu bildiriş yalnız təlim məqsədilə göndəriləcək.
Xəbərdarlıq sistemi ilk dəfə 2023-cü ildə sınaqdan keçirilib. O vaxt sistemi bilməyən vətəndaşlar panika yaşamışdı, lakin o vaxtdan bəri sistem real xəbərdarlıqlarda beş dəfə istifadə olunub.
Yanvar ayında Şotlandiya və Şimali İrlandiyada şiddətli hava şəraitində minlərlə insana, dekabrda isə Uels və İngiltərənin cənub-qərbində 3,5 milyon insana xəbərdarlıq göndərilmişdi. Cumbriada daşqın zamanı 15 min, Leicestershiredə daşqında 10 min, Plymouthda isə 500 kq-lıq II Dünya Müharibəsi bombasının zərərsizləşdirilməsi zamanı 50 min cihaz xəbərdarlıq almışdı.
İngiltərə hökuməti xəbərdarlıq sisteminin məcburi olmadığını bildirir.
iPhone istifadəçiləri “Ayarlar - Bildirişlər” menyusundan “Ciddi” və *“Aşırı xəbərdarlıqlar”*ı söndürə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
08:20 16.11.2026
Şou
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm