"Həyatımızın elə bir sahəsi yoxdur ki, orada neftçilərin əməyi olmasın" - Deputat
Turan
08:39 20.09.2020
Aktual
828
"Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada neftçilərin əməyi olmasın". Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, müasir təhsil və səhiyyə müəsisələri, 17 min kilometrdən çox avtomobil yolları, su təminatı, kosmoda peyklərimizin olması, beynəlxalq enerji və tranzit marşurutların meydana gəlməsi neft gəlirləri ilə reallaşıb:
"Həmçinin, aqrar sahənin sürətli inkişafı, yeni sənaye müəsisələrin meydana gəlməsi, elektrik enerjinin istehsalına və paylanmasına yeni həyat verilməsi, insanların sosial vəziyyətinin yaxşılaşması, ordumuzun güclənməsi, ölkəmizin iqtisadi müstəqilliyimizin güclənməsində, beynəlxalq mövqelərimizin möhkəmlənməsində, pandemiyaya qarşı uğurlu mübarizədə neftçilərin dövlətimizə qazandırıdığı milyardlarla dollar maliyyə resurslarımız dayanır. 1994-cü il 20 sentyabrda imzalanan "Əsrin Müqaviləsi" neftçilərin əməyinin düzgün və daha səmərəli dəyərləndirməsinə imkan verib. Neftçilər havanın boranlı-qarlı, isti-soyuq olmasına baxmayaraq açıq dənizdə və quruda gecə-gündüz, fasiləsiz iş başındadırlar. Neft yerin altında təbii ehtiyat olaraq dəyərsiz qalır. Amma istehsal olunanda qızıla çevrilir. Qara nefti qızıla çevirən neftçilərdir. Sizlər əsl qəhrəmansınız, əziz neftçilər. Peşə bayramınızı təbrik edirəm. Sizlərə can sağlığı, firəvanlıq və ulu öndər Heydər Əliyevin əsası qoyduğu neft strategiyasının prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsində uğurlar arzulayıram. Bayramınız mübarək!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur