
Hüquq müdafiəçisi: Ermənistanda gizlənən digər hərbi cinayətkarlar da Azərbaycana təhvil verilməlidir
Yusif Nəzərli
12:21 09.01.2025
Aktual
767
"30 ildən çox Azərbaycan torpaqlarını işğalda saxlayan dövlət və onun separatçı dəstəsinin törətdiyi terror, hərbi qiyam və bu ərazilərdəki zorakılıqlar cəzasız qala bilməz".
Bu sözləri "Sherg.az"a açıqlamasında hüquq müdafiəçisi Xəzər Teyyublu deyib.
Onun sözlərinə görə, hərbi cinayətkarların bu gün Azərbaycan həbsxanalarında məhkumluq həyatı yaşamasının mənəvi və hüquqi tərəfləri var:

"Məsələnin uzadılma səbəbi iki ölkə arasında sülh müqaviləsinin imzalanması və hərbi sərhədlərin müəyyənləşməsi məsələsində problemlərin olmasıdır. Eyni zamanda ortada böyük şahid ifadələri var və bu çox böyük prosesdir. Qarabağda özlərini "rəhbər" elan etmiş şəxslər konkret olaraq Azərbaycan vətəndaşları olublar. Onlar bu zəhəri və tapşırıqları Ermənistandan alıblar. Həmçinin konkret olaraq Azərbaycan Konstitusiyasına tabe olmayıb və birbaşa dövlət xəyanəti törədiblər. Bu yaxınlarda ölkəmizin Baş Prokurorluğu da istintaqın daha tez yekunlaşması və beynəlxalq hüququn təmin edilməsi üçün Ermənistana bu məsələlərdə əməkdaşlıq təklif etdi. Vaxtilə Ermənistana rəhbərlik edən Erməni Ümummilli Hərəkatının rəhbəri Levon Ter-Petrosyan etiraf edib ki, ermənilər soyqırım törədərək azərbaycanlıları silah gücünə qovublar. Bu dövlətin 1988-ci ildən həm Ermənistan, həm də Qarabağ ərazisində konkret olaraq azərbaycanlıların soyqırımı ilə məşğul olublar və hərbi cinayət törədiblər. Bu məsələ cəzasız qala bilməz. Onlar sərt Azərbaycan qanunları ilə məhkum olunmalıdırlar. Artıq ortada Gəncənin, Bərdənin bombalanması kimi ciddi faktlar var. 30 illik dövrdə Azərbaycan ərazilərində qondarma rejim qurdular və ölkə suverenliyinə müdaxilə etdilər. Bütün bunlar Ermənistan rəhbərliyinin istəyi ilə razılaşdırılıb".
X.Teyyublu əlavə edib ki, proses hərbi cinayətkarların məhkəməyə çıxarılması ilə bitməli deyil:
"Ermənistanda gizlənən Qarabağda separatçılıqla məşğul olmuş, hərbi cinayətlər törətmiş digər şəxslər də beynəlxalq qanunlar çərçivəsində Azərbaycana təhvil verilməlidir. İstintaqın uzanmasının bir səbəbi də budur ki, hadisənin təməl başçıları Ermənistanda gizləniblər. Ermənistan sülh istəyirsə, gizlədilən hərbi cinayətkarları Azərbaycana təqdim etməlidir. Həmçinin azərbaycanlıların Qərbi Azərbaycana - tarixi torpaqlarına qayıtmaları üçün yardım göstərməlidir. Həmçinin etiraf etməlidir ki, 1 milyon azərbaycanlı soydaşlarımızı silah gücünə qovublar. Bundan sonra səmimi şəkildə Ermənistanla sərhədlərin bərpası həllini tapmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: İran ABŞ ilə anlaşma əldə etmək şansını qaçırdı
13:19 07.10.2026
Gündəm
Azərbaycanda bu həftədən ov mövsümü başlayır
13:15 07.10.2026
Hadisə
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
12:57 07.10.2026
Gündəm
Qara Qarayev metrostansuyasının qarşısında avtobuslar toqquşub
12:38 07.10.2026
Hadisə
Marta Kos: Ermənistan Avropa İttifaqına doğru irəliləyir
12:33 07.10.2026
Dünya
Rusiyada ciddi təhlükə: Tramp Putinə zəng edəcək
12:17 07.10.2026
Dünya
Türkiyə “Starlink”in analoqunu yaradır
11:57 07.10.2026
Texnologiya
Astarada avtomobil 70 metr dərəyə yuvarlandı, sürücü öldü - VİDEO
11:17 07.10.2026
Hadisə
Paşinyan açıqladı: Nəsimi Musayev hələlik Ermənistanda qalacaq
11:15 07.10.2026
Gündəm
Ronaldo üzr istədi: Bu, mənim səhvim idi
10:56 07.10.2026
Futbol
8 tacikistanlı Azərbaycanda təhsil alacaq
10:41 07.10.2026
Elm və Təhsil
Ekspertdən ADY-yə sərt suallar: “B planı niyə yoxdur?”
10:40 07.10.2026
İnfrastruktur
“Ənsarallah” Ədən Beynəlxalq Hava Limanını vurdu
10:23 07.10.2026
Dünya
Paşinyan Musayevin Bakıya təhvil veriləcəyini istisna etmir
10:16 07.10.2026
Aktual