
Hüquq müdafiəçisi: Ölkəyə Vahid İstintaq Komitəsi lazımdır!
Yusif Nəzərli
01:36 09.07.2025
Aktual
565
Çingiz Qənizadə də Qüdrət Həsənquliyevin təklifinə dəstək verdi
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev “Polis haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsində təklif edib ki, Azərbaycanda Vahid İstintaq Komitəsi yaradılmalıdır. Q.Həsənquliyev vurğulayıb ki, əldə olunan uğurlarla yanaşı, nöqsanlar da müzakirə edilməlidir: “Azərbaycanda 8 müxtəlif dövlət orqanında istintaq komitəsi var. Qonşu dövlətlərdə olduğu kimi, bizdə də vahid istintaq komitəsi yaradılmalıdır”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə Sherg.az-a açıqlamasında Qüdrət Həsənquliyevin təklifini tam dəstəklədiyini deyib. Ekspert bildirib ki, Q.Həsənquliyev bu məsələyə hüquqşünas kimi yanaşır:

"Ölkədə ayrı-ayrı qurumların tərkibində istintaq idarələri möcvuddur. Hesab edirəm ki, bu, düzgün deyil. Çünki bir qurumun özünün istintaq aparması başadüşülən deyil. O baxımdan düşünürəm ki, ölkədə vahid istintaq komitəsinin yaradılması yaxşı olar. Hələ Milli Məclisin üzvü olarkən, təxminən 6-7 il öncə bir neçə dəfə mətbuatda bu məsələyə toxunmuşam. Vahid İstintaq Komitəsi olsun və bu Komitənin nəzdində müəyyən idarələr - Daxili İşlər Nazirliyi, Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, Sərhəd Xidməti və s. qurumlarla bağlı şöbələr fəaliyyət göstərsin. 8 qurumda ayrılıqda istintaq idarələrinin olması anlaşılmazdır. Orada çalışanları ixtisar etmək də doğru deyil, çünki onlar artıq mütəxəssislərdir. İstintaq idarələri tam tərkibdə yaradılacaq Vahid İstintaq Komitəsinə köçürülə, bir idarə formalaşdırıla bilər. Bu vahid idarəyə də Baş Prokurorluq nəzarət etməlidir. Çünki qanunların icrasına nəzarət hüquqi Baş Prokurorluqdadır. Başqa dövlətlərin təcrübəsinə də baxa bilərik. Həmin təcrübəni Azərbaycanda tətbiq etməyin zamanıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə