İdarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha optimal variantdır
Turan
08:42 08.09.2020
Aktual
922
"Gəncədən başlayaraq, ölkə üzrə bunu genişləndirmək lazımdır"
Azərbaycanda dövlət idarəçiliyinin optimallaşması, operativliyin və səmərəliliyin yüksəldilməsi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatların mühüm tərkib hissəsidir. Əksər dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, vətəndaşların problemlərinə həssas yanaşma, bürokratik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ halların azalması əhali tərəfindən təqdir olunur. Bu baxımdan müxtəlif vaxtlarda yerli və mərkəzi icra orqanlarının strukturu, fəaliyyət istiqamətləri, prinsipləri ilə bağlı təşəbbüslər irəli sürülür.
Gəncə şəhərində Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv edilməsi təşəbbüsü də məhz bu məqsədlə irəli sürülüb. Əhalisinin sayına görə Gəncə şəhərinə yaxın olan Sumqayıt nümunəsi də göstərir ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimal mexanizmdir. İdarəetmənin mərkəzləşməsi nəticəsində vətəndaşların müraciətlərinə baxılma mexanizmi sadələşdiriləcək, problemlər daha çevik şəkildə həll olunacaq. Həmçinin, idarəetmə sistemində paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik aradan qalxacaq.
Əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi ilə bağlı qərarların icrasının səmərəliliyi artacaq. Ən əsası isə böyük idarəetmə aparatı ləğv ediləcək və büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunacaq. İctimaiyyət nümayəndələri təşəbbüsü dəstəkləyir və hesab edirlər ki, analoji addımın digər rayonlar üçün də tətbiq edilməsi mümkündür.
AVCİYA-nın eksperti, tarixçi-alim Məhərrəm Zülfüqarlının sözlərinə görə, dünya praktikasında əsasən mərkəzləşdirilmiş idarəetmədən istifadə edilir. Ekspert bildirib ki, inkişaf etmiş ölkələrdə idarə sistemini mümkün qədər sadələşdirirlər:
“İdarəetmə srtukturlarının azaldılması dövlət büdcəsinə əhəmiyyətli qənaət deməkdir. ABŞ-da, Avropa ölkələrində tez-tez dəyişən kiçik hökumət modelləri var. Azərbaycanda isə sovet dövründəki kimi idarəetmə aparatını genişləndirməyə meyl edirlər. Bu da büdcədən çoxlu vəsaitin səmərəsiz xərclənməsinə gətirib çıxarır. Hansısa qəsəbəyə bir-iki kənd verib rayon düzəldirlər. Məsələn, Sədərək rayonunu Şərurdan ayırdılar və orada ayrı-ayrı qurumlar, icra hakimiyyəti, polis idarəsi, məhkəmə, prokurorluq və s. idarələr yaratdılar.
Görün, kiçik bir rayon üçün büdcədən nə qədər əlavə vəsait sərf olunur? O cümlədən Naftalan şəhərini misal çəkək. Bu rayonun yanında böyük Goranboy şəhəri var. Naftalan uzun müddət şəhər tipli qəsəbədən ibarət idi. Sonra Goranboyun 2-3 kəndini qataraq rayona çevirdilər. Halbuki, Naftalanı Goranboyla birləşdirib, oradakı paralel dövlət strukturlarını ləğv etmək daha məqsədəuyğun olardı. Sədərəyi də Şərurla asanlıqla birləşdirmək mümkündür. Naxçıvanda Babək rayonu şəhərin lap yaxınlığındadır. Bu rayonu Naxçıvana birləşdirərək idarəetməni mərkəzləşdirmək olar”.
M.Zülfüqarlı vurğulayıb ki, Gəncədə Nizami və Kəpəz rayonlarında xüsusi dövlət qurumlarının olmasına ehtiyac yoxdur və əlavə vəsait deməkdir:
“Məsafə baxımından çox yaxın ərazilərdə paralel strukturların olması təkrarçılığa, israfçılığa və qeyri-şəffaflığa gətirib çıxarır. Bu təşəbbüsü ümumən son illər ölkədə aparılan idarəetmə islahatlarının tərkib hissəsi kimi dəyərləndirirəm. Fikrimcə, Gəncədən başlayaraq, ölkə üzrə bunu genişləndirmək lazımdır. Əgər həyata keçirə bilsək, büdcədə xeyli vəsait qalar ki, onunla da insanların sosial-rifah halı yüksəldilər, əmək haqları və təqaüdlər artırılar. Bunu kim istəməz ki?!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalıların Moskva və Kiyev səfəri nəyi dəyişirdi?
20:51 07.09.2026
Dünya
"Neftçi" nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib
20:44 07.09.2026
Futbol
Qucaqlaşmaq sadəcə sevgi deyil: Beyində bu prosesləri işə salır
20:36 07.09.2026
Sağlamlıq
Nə Rusiya, nə də Ukrayna kompromisə açıqdır - ŞƏRH
20:27 07.09.2026
Gündəm
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya