İlham Əliyevlə Ərdoğan "hə" deyir
Turan
14:14 12.12.2020
Aktual
606
"Altılıq platforması" bölgəyə böyük fayda verə bilər
Ancaq Ermənistandan çox Gürcüstanın bu prosesə qoşulmağı şübhə doğurur
"Əməkdaşlıq formatında 4 ölkənin - Azərbaycanın, Türkiyənin, Rusiyanın və İranın iştirak edəcəyi ehtimalı yüksəkdir"
“Ənənəvi Türkiyə - Azərbaycan - Gürcüstan işbirliyi var. Eyni zamanda, Azərbaycan - Rusiya - İran və Türkiyə - Rusiya - İran işbirliyi var. Bütün bu işbirliyi platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik”. Bu fikirləri Prezident İlham Əliyev Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfrasında səsləndirib.
Dövlət başçısı deyib ki, əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticə çıxararsa və öz əsassız iddialarından əl çəkərsə, o zaman onlar da bu platformada yer ala bilər: “Biz buna açığıq və müharibədən sonra Azərbaycanın mövqeyi və verilən bəyanatlar bunu deməyə əsas verir. Biz bu ədavətə son qoymalıyıq”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da vurğulayıb ki, əgər Ermənistan “altılıq platforması” təşəbbüsünə qatılarsa, əlaqələrdə yeni səhifə açıla bilər: “Üzərində çalışdığımız “altılıq platforması” hər kəsə qazanmaq imkanı yaradacaq bir təşəbbüsdür”.
Liderlərin diqqət yönəltdiyi məqamı “Şərq”ə təhlil edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat konfransında söylədikləri 6 ölkədən (Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistan) ibarət əməkdaşlıq formatının yaradılması ideyası region üçün faydalıdır. Ekspert bildirib ki, Azərbaycan və Türkiyə qalib ölkələr kimi böyüklük göstərir, Ermənistana əl uzadıb təklif edirlər ki, iki ölkəyə qarşı ərazi iddiasından əl çəksin və əməkdaşlıq formatına qatılsın: “Ermənistan hakimiyyətinin, siyasi dairələrinin və cəmiyyətinin hansı qərar verəcəyini söyləmək çətindir.
Çünki bu millət arxadan zərbə vurmaqda mahirdir. Doğrudur, Ermənistanda müharibədən sonra “Azərbaycan və Türkiyə ilə əməkdaşlıq bizim üçün faydalı olar” səsləri eşidilməyə başlayıb. Ancaq hələ ki, erməni siyasətçiləri və cəmiyyəti revanş əhval-ruhiyyəsindədir. Məni təklif edilən əməkdaşlıq formatında Ermənistandan çox Gürcüstanın hansı qərar verəcəyi düşündürür. Əməkdaşlıq formatında 4 ölkənin - Azərbaycanın, Türkiyənin, Rusiyanın və İranın iştirak edəcəyi ehtimalı yüksəkdir. Lakin Ermənistanla yanaşı Gürcüstan da sual altındadır. Gürcüstanın haqqında danışılan formata qatılması üçün Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiyadan vaz keçməsi lazımdır. Ancaq Kreml 6 ölkənin əməkdaşlıq formatı naminə Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstana qaytaran deyil. Gürcüstanın isə işğala göz yumub Rusiyanın yer alacağı formatda iştirak edəcəyi şübhəlidir. Rusiya Gürcüstanın ilkin şərt irəli sürmədən Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin təklif etdiyi formata qatılmasını istəyərdi, ancaq rəsmi Tbilisinin buna razılaşmasının ehtimalı azdır”.
Siyasi şərhçi qeyd edib ki, Ermənistan və Gürcüstan kənarda qalsa belə, dördlü format əsasında əməkdaşlıq formatını reallaşdırmaq mümkündür:
“Təsadüfi deyil ki, Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında rusiyalı həmkarı Vladimir Putinin ünvanına bir neçə dəfə xoş söz dedi. Deməli, Ərdoğan məlum təklifi Putinlə müzakirə edib və müsbət cavab alıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya