İndiyədək 250 nəfər sağalıb, 11 nəfər ölüb


Hazırkı dövrədək Azərbaycanda 1098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sherg.az-a  verilən məlumata görə, onlardan 250 nəfər müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 66 677 test aparılıb.