İnfeksionist: "Yoluxma üçrəqəmli artım sayı ilə müşahidə olunur"
Şəymən Bayramova
12:08 24.05.2020
Aktual
830
Azərbaycanda postkoronavirus dövrünə hazırlıq məqsədilə mərhələli və yumşaldıcı tədbirlər həyata keçirilir. Dövlətimiz müəyyən sosial məsafəni gözləmək, sanitar qaydalara əməl etmək şərti ilə bəzi qadağaları aradan götürüb. Sosial məsafə saxlanması, əl və tənəffüs gigiyenası COVID-19 yoluxmasının qarşısını alan əsas tədbirlərdir.
Bu səbəbdən insanlar karanatin rejiminin qayda və tələblərinə son dərəcə diqqətli və şüurlu yanaşmalıdırlar. Dövlət başçısı, eləcə də digər dövlət rəsmilərinin çıxışlarında edilən tövsiyələrin hər biri bizim sağlamlığımız, xəstəlikdən qorunmağımız üçündür. Bu baxımdan düşünürəm ki, hər bir vətəndaş koronavirusdan qorunmaq üçün müvafiq göstərişlərə, qaydalara riayət etməli, gigiyenik vasitələrdən istifadə etməlidir. Əks halda ölkə ərazisində pandemiyaya yoluxma dinamikası daha da arta bilər.
Son günlərdə ölkəmizdə koronavirusa yoluxma sayının artma səbəbləri ilə bağlı Sherg.aza açıqlama verən infeksionist Süleyman Kamilov yoluxma faktlarının artmasını birmənalı olaraq əhalinin karantin qaydalarına riayət etməməsi ilə əlaqələndirib.
Onun sözlərinə görə, karantin rejiminin yumşaldılmasından dərhal sonra insanların bu qərarı pandemiyanın bitməsi kimi qəbul edib, müvafiq göstərişlərə əməl etməməsi səbəbindən yoluxma üçrəqəmli artım sayı ilə müşahidə olunur.
“Bəzi insanların səhlənkarlığı, xəstəliyə hələ də bir oyun kimi baxmaları vəziyyəti gətirib bu həddə çatdırıb. Ola bilər ki, koronavirus kimin üçünsə adi bir qrip virusudur, başqa biri bu infeksiyanı ayaqüstdə keçirə bilər. Lakin xüsusi risk qrupuna aid olan şəxslər üçün koronavirus kifayət qədər ağır, hətta ölümcül bir virusdur. Bir çoxlarının oyuncaq hesab etdiyi “COVİD” 19 yaşlı insanların, xroniki xəstələrin ölümünə səbəbə ola bilər. İnsanlarımız bunu dərk etməli və ona uyğun davranmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət