İran da bizə dəstək verəcək
Turan
01:39 18.02.2021
Aktual
742
Çünki onlar da çirklənmiş çaylardan əziyyət çəkirlər
"Ankara ilə birlikdə “Metsamor” təhlükəsini beynəlxalq təşkilatlarda davamlı gündəmə gətirmək lazımdır"
Ermənistanın Metsamor şəhərində yerləşən atom elektrik stansiyası yenidən beynəlxalq mediada aktual mövzuya çevrilib. Avropa Komissiyasının 2020-ci il üzrə hesabatında qeyd edilib ki, "Metsamor" AES tezliklə bağlanmalı və təhlükəsiz şəkildə istismardan çıxarılmalıdır. Vurğulanıb ki, stansiyanın nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq standartlara uyğun yenilənməsi mümkün deyil.
Mütəxəssislər də bildirirlər ki, köhnə və zəruri təhlükəsizlik tələblərinə cavab verməyən "Metsamor" AES regional fəlakət mənbəyidir. Bu stansiyada hər hansı ciddi qəza baş verəcəyi təqdirdə, region dövlətlərinin əhalisinin, təbiətinin və iqtisadiyyatının ciddi zərər görməsi qaçılmazdır. Bu səbəbdən də həm region dövlətləri, həm qlobal güc mərkəzləri, həm də beynəlxalq təşkilatlar "Metsamor" AES-in bağlanması ilə bağlı Ermənistandan öhdəliyinə əməl etməsini tələb etməli, bu məqsədlə təzyiq göstərməli, lazımi hüquqi addımlar atmalıdır. Xatırladaq ki, Ermənistan AES-nin istifadə müddətini 2026-cı ilə kimi uzatmaq qərarını qəbul edib. Stansiya təkcə istismar müddətinin bitməsi, köhnəlmiş texnologiyalarla deyil, istifadə edilmiş yanacaqları, kimyəvi tullantıları baxımdan da çox təhlükəlidir.
Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı “Şərq”ə bildirib ki, "Metsamor" AES sadəcə region deyil, dünya üçün, bəşəriyyət üçün təhlükə mənbəyidir. QAT sədrinin sözlərinə görə, ermənilər bu cür məqamlardan öz məqsədləri üçün istifadə etmək üçün çalışıblar:
“Ermənilər bədniyyətli toplumdur. Heç vaxt yaxşı düşüncədə olmurlar, bəşəriyyətin xeyrinə olan addımı atmırlar. Uzun illər işğal altında saxladıqları torpaqlarımızdan öz çirkin ambisiyaları üçün istifadə etdikləri kimi indi də "Metsamor" AES-dən mümkün qədər faydalanmağa çalışırlar. Ermənilər bu yararsız və təhlükəli stansiya ilə dünyaya meydan oxuyur. 3-4 il bundan əvvəl millət vəkili Azay Quliyevin təşəbbüsü ilə anti-Metsamor koalisiyası yaradıldı. Bu bloka Azərbaycan, Türkiyə, İran, Rusiya, Ukrayna və Avropanın müxtəlif ölkələrindən nümayəndələr qoşuldu. Hətta koalisiyaya xaricdə yaşayan ermənilər də cəlb olunmuşdu. Onlar da "Metsamor"un təhlükəli olduğunu etiraf edirdilər. Əfsuslar olsun ki, nəticə olmadı”.
A.Nağı vurğulayıb ki, köhnə stansiyada hər an dəhşətli partlayış baş verə bilər. Həm də Ermənistan kimyəvi tullantılarla öz ərazisindən keçib Azərbaycana, Türkiyəyə, İrana axan çayları zəhərləyir:
“Türkiyə mediası zaman-zaman məsələni gündəmə gətirir. İndi situasiya dəyişib və fərqli reallıqlar formalaşıb. Azərbaycan qalib mövqedədir və Türkiyə kimi güclü müttəfiqimiz var. Rusiya da regiondakı reallıqlarla hesablaşır. Ankara ilə birlikdə “Metsamor” təhlükəsini beynəlxalq təşkilatlarda davamlı gündəmə gətirmək lazımdır. İran da bizə dəstək verəcək, çünki onlar da çirklənmiş çaylardan əziyyət çəkirlər. Araz çayı ətrafında yaşayan insanlarda müxtəlif xəstəliklər, əsasən də xərçəngin yayıldığı deyilir.
Bunların hamısı “Metsamor”un zərərli tullantıları ilə bağlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi